SMS mesaj deyil…

Ölkəmizi və xalqımızı xirtdəyə kimi, borc icinə salan oliqarxlardan biri ilə tanış olun. Düz 6 ildir yolları düzəldib qutara bilməyən, hektarlarla sahənin içində özünə malikanə tikən, otellər, korteclər, ən maraqlısı isə SMS adda yanacaqdoldurma məntəqələri açdıran Saleh Məmmədovla tanış olun. Bu yaramaz, korrupsioner vəzifəyə oturandan xalqın gələcəyinə nə az, nə çox – düz 3 milyard 600 milyona yaxın xaricdən borc yazdırıb.

Təbii ki, “AAYDA” şirkəti də korrupsioner Saleh Məmmədova dövlətlə birlikdə zəmanət durub. Düz fikirləşdiniz, borcu dövlətin üstünə, dövlət isə millətin belinə yükləyəcək.. Qayıdaq SMS- in baş hərflərinə; Bütün bu adla fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri, Saleh Məmmədovin kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun adınadır.

Baxın, əzizlərim, görün Azərbaycanda insanların istifadə etdiyi yolların taleyi hansı harınlamış, korrupsionerin əlindədi. Qeyd edim ki, Saleh Məmmədovu da bu vəzifəyə İlham Əliyev təyin edib….Hər zamankı kimi, İlham Əliyevin heç bir şeydən xəbəri yoxdur.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: