S.Lavrovun Bakı səfəri məlum oldu

Sergey Şayqunun ardından Rusiya XİN -i Sergey Lavrov da Azərbaycanda səfərdədir. İlham Əliyev Sergey Lavrovu qəbul etmişdir. Görüşdə əsas məsələ ATƏT-in Minsk qrupunun narazıçılığından söhbət getmişdir. Bu vəziyyətdə isə ruslar Türkiyədən sonra Minsk qrupu çərçivəsində daha iki NATO ölkəsini bu münaqişəyə qəbul etmək istəmədiklərini açıq şəkildə elan edirlər. Ruslar bu vəziyyətdə Amerkanı və Fransanı bu anlaşmadan neytral saxlamaq üçün əllərindən gələn hər şey edəcəklər. Indiki vaxtda isə Minsk qrupunun iştirakına ehtiyac olmadığını hər kəs anlayır. Lavrov öz növbəsində imzalanmış sənədlərin Minsk qrupunun üzvlərine təqdim edildiyini bildirmişdir. Rusiya XIN-i Sergey Lavrov açıq şəkildə bildirir ki, Qarabağda təhlükəsizliyin qorunması üçün iki ölkə- Türkiyə və Rusiya zəmanət verir .
Lavrov Azərbaycanda səfərdən əvvəl Ermənistanda olub və münaqişənin Minsk qrupunun nəzaretinə keçməməsi üçün ermənilərə xəbərdarlıq edib.

Mikayıl Əsədov.

 

Bunu paylaş: