Siyavuş Novruzov: Nəcməddin Sadıqov xain və satqın deyil

Hakimiyyət yenə öz başaldadıcı ampulasını davam etdirməkdədir. Ürəkləri bulandıran hakimiyyətin sərsəm və boşboğaz məmurları yenə çaşqınlıq yaratmaq səbəbilə fikirlər səsləndirirlər. Xaini qəhrəman, qəhrəmanı isə xain kimi xalqa sırımaq istəyirlər. Daim tənqid atəşinə məruz qalan, deyilənlərdən özünə pay götürməyən, ən əsası yaşına uyğun olmayan fikir səsləndirən Siyavuş Novruzov sükutu pozmuşdur.

Bu səfər xalqın yaxşı tanıdığı, xain, satılmış, rus agenti haqqında tərəfkeşlik nümayiş etdirib. Söhbət bir neçə müddət öncə işindən çıxarılan, general polkovnik Nəcməddin Sadıqovdan gedir. Haqqında bəy tərifi söyləyən Novruzov, general polkovnik haqqında xain və agent sözlərinin, məhkəmə qərarı olmadan səsləndirmənin doğru olmadığını bildirib.
Bütün Azərbaycan vətəndaşları bilir ki, Nəcməddin Sadıqov rus agenti və xaindir. Məhz Tərtər hadisələrinin də 64 yaşlı Sadıqov vəzifədə olanda baş verdiyi heç kimə sirr deyil.

Amma bu durumla bağlı indinin özünə kimi vaxtilə vəzifədə işləyən general, ictimaiyyətə heç bir açıqlama verməyib. Bəlkə də Azərbaycan dilini bilməməsindən irəli gəlir? Əslində baş vermiş Tərtər hadisələri Nəcməddin Sadıqov tərəfindən birbaşa prezidentə məruzə olunmalı idi. Bəlkə də məruzə olunub, bəs niyə indiyə qədər gizlin saxlanılıb? Görünür üstü açılmayan sirlər hələ də qalmaqdadır. Odur ki, Siyavuş Novruzov yaxşı düşünməlidir ki, kimə xain damğası, kimə qəhrəman adı verilməlidir.
Həbs olunanlara da irad bildirərək, həbslərinin doğru olduğunu deyən Novruzov, yaddan çıxarıb ki, xainlər azadlıqda, günahsızlar isə şərlənərək həbs olunanlar hələ də zindanlardadırlar. Siyavuş Novruzova fikir bildirməmişdən öncə yaxşıca düşünüb, sonra açıqlama verməsini tələb edirik.

Ola bilsin, Nəcməddin Sadıqovun yaxın zamanda ailəsində toy şənliyi olacaq deyə, Siyavuş Novruzov onu müdafiə edir? Milli Məclisin deputatının pandemiya zamanı toylarda iştirak etməkdən xoşu gəlir.

Rəşad Şıxəliyev.

Bunu paylaş: