Siyavuş Novruzov məsləhət verməkdənsə, icra etsəydi yaxşı olardı!

Milli Məclisin deputatı ara-sıra özünə məxsus çıxışları ilə gündəm olan Siyavuş Novruzov, sərhədlərin açılması ilə bağlı mühüm məsələyə toxunmuşdur. O, bildirmişdir ki, pandemiya zamanı bağlanan bəzi quru sərhədlərin açılması üçün Milli Məclisdə bir neçə dəfə məsələ qaldırmışdır. Hətta insanların rahatlığını fikirləşərək gömrük məntəqələrinin çoxalmasını təklif etmişdir.
Siyavuş Novruzov qeyd edib ki, dəfərlə parlamentdə gömrük keçidlərində insanlar və hərbi texnikaların məntəqələrinin ayrılmasının vacibliyini söyləmişdir. Deputatın sözlərinə görə insanlar avtomobilllərlə bir keçiddən keçməməlidir. Bu gün sərhədlərdə bu səbəbdən növbələr yaranmaqdadır.

Siyavuş Novruzov iddia edir ki, quru sərhədlərin açılması məsələsini həmkarları ilə bir bir neçə dəfə Milli Məclisdə qaldırmışlar. Bəli, buna bir şübhə yoxdur, digər deputatlardan da bu barədə arada bir sözlər eşidirik.

Lakin deputatların bu çıxışları xalqı dolamaqdan başqa bir şey deyil. Milli Məclisdə hamı özünü ağıllı sayır, lakin reallığa gələndə hərəsi bir tərəfə üz döndərir.

Siyavuş Novruzova bildirmək istərdik ki, əgər belədirsə, bu məsələni niyə gündəliyə salırsınız?
Bir saatın icində maaşlarını artırmaq üçün tez qərar qəbul edən deputatlar nə yaxşı xalqın quru sərhəddinin açılması üçün bu qədər dalana düşüb?
Ölkənin ən vacib strukturlarından biri– qanunlar, qərarlar qəbul edib dəyişə bilən milli məclis niyə sadə məsələdə bu qədər qorxaqdır?
Çünki sifarişlə seçilən deputatlarımız orada yalnız yuxarının sifarişlərini yerinə yetirməkdədirlər.
Sonda qeyd edək ki, Siyavuş Novruzov kimilər heç bir zaman xalqı düşünməyiblər. Milli Məclisdə oturanlar büdcəni talamaqla yanaşı, özlərinə sərf qərarları qəbul etməklə gün keçirdirlər.

Rəşad Şixəliyev.

Bunu paylaş: