Siyavuş Novruzov Elman Rüstəmovu hədəfə almaqda tələsdi

Milli Bankın sədri Elman Rüstəmovun işdən azad olunmasını eşidən Milli Məclisin deputatı Siyavuş Novruzov, bu barədə özunə xas açıqlama ilə yadda qalmışdır. Sanki o, şərh verməkdə tələsmişdir. Ola bilsin ki, Siyavuş Novruzov bilmirdi ki, Elman Rüstəmov Baş Nazir Əli Əsədovun müşaviri təyin ediləcəkdir.

Görünür, Siyavuş Novruzovun bu dəfə- ki Ramiz Mehdiyev siyasəti alınmadı. Yadınızdadırsa, pandemiya zamanı Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdikdən sonra qalmaqallı çıxışlarla yadda qalmışdır. Hətta bəzi vəzifələrini itirməklə üzləşən deputat, fikirlərini 360 dərəcə dəyişərək qoca kommunistə qarşı hücumlara başlamışdı.

Axı Azərbaycan hakimiyyətinin iç üzü yıxılana balta vurmaqdır!
Dəfələrlə görmüşük ki, işdən çıxarılan məmurlar keçmiş əməkdaşları tərəfindən necə hədəfə alınır.

Siyavuş Novruzov Elman Rüstəmovun işdən azad edilməsini şərh edərkən qeyd etmişdir ki, son vaxtlar ölkənin bank sistemlərində çiddi problemlər vardı. O, yüksək faiz dərəcəsini önə çəkərək buna görə Milli Bankın sədrini günahlandırmışdı.
Daha sonra deputat özünəməxsus yaltaqlıq xarakterini bir daha nümayiş etdirmişdir.
Siyavuş Novruzovun sözlərinə görə guya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdir apardığı uğurlu maliyyə siyasətinə baxmayaraq, insanlara verilən kredit faizlərinə təsir etməmişdir. O, digər ölkələrdən ölkəmizdə yüksək kredit faizlərinin olduğunu bildirmişdir.

Hakimiyyətdən “millət vəkili” mandatı alan Siyavuş Novruzov anlamalıdır ki, banklardakı faiz dərəcəsinin yüksək olmasının səbəbkarı Elman Rüstəmov deyil, İlham Əliyevin yürütdüyü siyasətdir. Hakimiyyət bu siyasətlə ölkədə insanları “qul” vəziyyətində saxlayır.
Digər tərəfdən də Elman Rüstəmov hakimiyyət üçün çox böyük önəm kəsb edən insandır. Demək olarsa, vacib fiqurlardan biridir.
Bu hakimiyyətdə hərənin öz yeri olduğu kimi, Elman Rüstəmovun da maliyyə sektorunda mühüm rolu vardır.
Sonda isə, Siyavuş Novruzun bu çıxışla neçə üzü olduğunun şahidi olduq. Hakimiyyətdə bu tip insanlar saysız- hesabsızdır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın