Siyavuş Novruzov bunu da etdi

 

Hörmətli oxucular, bildiyiniz kimi, ölkədə Hüseynbala Mirələmovun əxlaqsız hərəkəti gündəmdən düşmür. Ağsaqqallar şurasının üzvü olan bu şəxsin etdiyi hərəkət, hər kəsdə qəzəb doğurmuşdur. Mirələmov bu hərəkəti ilə “Hollivud” ulduzuna belə çevrilmişdir. Keçmiş millət vəkilinin səsi, okeanın o tayından dünyaca məhşur olan “Cimmi Kimmellə canlı efir” verilişindən gəlməkdədir.

Bütün səlahiyyətlərindən qovulan Mirələmovu ölkəmizdə müdafiə edənlər belə tapılmışdır. Bunlardan ən əsası millət vəkili adını daşıyan və millətə heç bir xeyri olmayan populist çıxışları ilə tanınan Siyavuş Novruzov olmuşdur. Novruzovun yenə özünə məxsus çıxışı hər kəsdə təəccüb doğurmuşdur. O, bildirmişdir ki, Hüseynbala Mirələmovu yaxşı tanıyır, hər zaman namaz qılan insandır. Video ilə bağlı isə fikirləri belə ifadə etmişdir ki, katibənin qulaqlarında problem var imiş və məsələni “şou” adlandırmışdır.

Yəqin ki, Siyavuş Novruzov milli məclislə sıravi vətəndaşı səhv salmışdır. Bizim ölkədə kor, lal, kar, rüşvətxor korrupsionerlərin yalnız milli məclisdə olduğunu xatırlatmaq istərdim. Digər tərəfdən isə “şou” sözü yalnız qanunsuz toylarda olur. Budur, Azərbaycan reallığı, demək olar ki, məmurların 90 faizi bu tipdədir. Siyavuş Novruzova ğözəl bir fikrimi çatdırmaq istərdim: –Yaxşı olar ki, xalqın hüquqlarını belə müdafiə edəsiniz..

Mikayıl Əsədov.

Bunu paylaş: