Siyavuş Novruzov Avropaya irad bildirir

 

Xalq arasında belə bir kəlmə var: “Yağmasa da, gürüldayır”.  Söhbət Milli Məclisin dəmir bəzəkli deputatı Siyavuş Novruzovdan gedir. Hərdən düşünürsən ki, Azərbaycanın millət vəkilləri bu cür fitri istedadları haradan alıblar?  Siyavuş Novruzov açıqlamasında təklif edib ki, işğaldan azad edilən torpaqlarımızda  “Ağıllı şəhər” strukturu qurulsun. Siyavuş Novruzov azad edilmiş bölgələrimizdə Bələdiyyə seçkilərinin keçirilməsini təklif etmişdir.

Məsələ bundadır ki, deputat bələdiyyə sədrlərinin xalq tərəfindən seçilməsini dilə gətirmişdir. Burda Siyavuş Novruzova belə bir sual vermək istərdik: – Azərbaycanda nə zaman deputatlar xalq tərəfindən seçildi ki, bələdiyyə sədrləri də demokratik seçki ilə seçilsin.Ölkəmizdə hər zaman sifarişli seçkilər olduğunu hər kəs gözəl bilir. Yəni bu məsələdə nə Siyavuş Novruzov, nə də biz özümüzü yoraq. İlham Əliyev istədiyi insanın təlimatını verəcək.


Daha sonra Siyavuş Novruzov öz hakimiyyətini ifşa edərək bildirmişdir ki, Azərbaycanda bələdiyyələr torpaq satışı ilə məşğuldur. Təbii ki, bu bir faktdır, hətta Bələdiyyələrin satdığı torpaqların 90 faizi qanunsuzdur. Siyavuş Novruzov bu işdə, hətta Avropanın inkişaf etmiş ölkələrində belə problemlərin olmasından danışıb. Deputatımızın sözlərinə görə, Avropada yaradılan şəhər bələdiyyələri yanlış bir strukturdur. Baxın, Azərbaycan deputatları o qədər inkişaf ediblər ki, dünyanın qabaqcıl ölkələrinin səhvlərin üzlərinə söyləyirlər.

Bir sözlə Milli Məclisin deputatı  Siyavuş Novruzov guya,  Avropanın bələdiyyə sistemlərinə öz iradın bildirir. Qeyd etmək istərdik ki, Avropa ölkələrinin şəhərlərinin bələdiyyələrinin əhali ilə heç bir problemi yoxdur. Avropada bələdiyyələrin hər hansı səhvi məmurun istefası ilə nəticələndiyi üçün, hər kəs öz işinə şəffav və məsuliyyətli yanaşmaqdadır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: