Siyavuş Mustafayev və daha bir neçə nəfər azadlıqda

Səbail rayon məhkəməsi daha 15 nəfəri azadlığa buraxdı. İyul ayında keçirilmiş “Qarabağa azadlıq ” mitinqində 200 nəfərə yaxın insan həbs edilmişdi.
Azadlığa çıxanlar arasında Naxçıvanın keçmiş Daxili İşlər nazirinin müavini Siyavuş Mustafayev də vardır. Siyavuş Mustafayev “Qarabağa azadlıq” mitinqində hakimiyyət tərəfindən şərlənərək 3 ay müddətinə həbs edilmişdi.


1)Mustafayev Siyavuş Firudin oğlu
2)Mövlayev Dəyanət Kərəm oğlu
3)Abadov Fərid Mətləb oğlu
4)Çobanov Pərvin Nadir oğlu
5)Məmmədov Elçin Əlisəfa oğlu
6)Əliyev İlkin Pirəli oğlu
7)Məmişov Taleh Seyidxan oğlu
8)Vahabov Müşviq Fazil oğlu
9)Nağıyev Ramid Zəkrulla oğlu
10)Məmmədov İsmayıl İltifat oğlu
11)Mirzəyev Gündüz Vaqif oğlu
12)Cabbarov Elnur Yusif oğlu
13)Mustafayev Səbuhi Yusif oğlu
14)Babayev Ramiz Həmzə oğlu
15) Məmmədov Azər Vaqif oğlu

Səbail rayon məhkəməsinin qərarı ilə bu şəxslərin cəzaları qəti imkan tədbirindən ev dustağlığına dəyişdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Səbail rayon məhkəməsi “Qarabağa azadlıq ” mitinqində qanunsuz həbs edilənlərin bir qismini də azadlığa buraxmışdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: