Siyasi qüvvələr xalqı birləşdirməyə meyilli deyil

 

Müxalif düşərgənin son 15 ildə yürütdüyü mənasız, dedi-qodu siyasəti nəhayət, gətirib onu dalana dirədi. Bəzi müxalif siyasi qüvvələr də bu uğursuzluğun hakimiyyətin yürütdüyü avtoritar siyasətlə bağlı olduğunu deyirlər. Lakin onlar bir şeyi unudurlar ki, hakimiyyətin feodal düşüncə üzərində qurduğu avtoritar siyasət onların yürütdüyü mənasız siyasəti ört-basdır etməz. Təcili sürətdə toplanmaq lazımdır. Bunun üçün həm ictimai sifariş, həm də kifayət qədər resurslar vardır.

Müxalif siyasi qüvvələrin hakimiyyətin yaratdığı siyasi gündəmin arxasınca iməkləməsi onu göstərir ki, siyasi qüvvələr dedi-qodulara daha çox meyillidir, nəinki özləri gündəm yaradıb, xalqı onun ətrafında birləşdirməyə.

Fikrət Cəfərli.

Bunu paylaş:

Bir cavab yazın