Siyasi fəal, Bayram Məmmədovun müəmmalı ölümü

 

İctimai fəal Bayram Məmmədovun dünən Türkiyədə meyiti tapılmışdır. Məlumata görə iki gündür yaxınları ilə əlaqəsi kəsilən “Nida”çı gənc barəsində Türkiyə polisinə müraciət edilmişdir. Verilən məlumata əsasən Bayram Məmmədovunun meyiti dənizdən tapılmışdır. İstanbul polisinin yaydığı məlumata əsasən meyitin üzərində heç bir zorakılıq əlaməti olmamışdır.

Bir çox insanda bu ölüm səbəbi şübhə doğurmaqdadır. Əgər intihardırsa, niyə Azərbaycanda olduğu zaman etməyib?. Türkiyə polisi qeyd etmişdir ki, onu boğulan yerdə görsələrdə xilas etmək mümkün olmamışdır. Lakin müəmma burasındadır ki, Bayram Məmmədovun boğulduğu yer çoxda dərin yer olmamışdır.                      Yaxınlarının sözlərinə görə o, bir müddət əvvəl ailən üzüvləri ilə əlaqə saxlayaraq  Azərbaycana gələcəyini söyləmişdir. Türk polisinin yaydığı məlumat, ölümün baş verməsi insanda şübhə doğurmaqdadır.    İlham Əliyev hakimiyyətinin də bu qətldə əli olmağı istisna edilmir.

Azərbaycan hakimiyyəti Türkiyə, keçmiş Sovetlər Birliyi və dünyanın bir çox ölkələrində böyük təsirə malikdir. Bir müddət əvvəl Ukraynadan oğurlanaraq Azərbaycana gətirilən “AzərFreedom” ailəsinin üzvü və siyasi bloger Elvin İsayev buna bir nümunədir.

Xatırladaq ki, Bayram Məmmədov 2016-cı ildə “Gül bayramı” zamanı “Heydər Əliyevin” heykəlinə “Qul Bayramı” yazmaqda ittiham olunaraq 10 müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra 2019 – cu ildə əfv olunaraq azadlığa çıxmışdır.
Hələlik “Nida”çının meyiti yaxınları tərəfindən ekspertizaya göndərilmişdir. Yaxın vaxtlarda Azərbaycana gətiriləçəkdir.

Mikayıl Əsədov.

 

 

Bunu paylaş: