Sevinc göz yaşları ilə, Şuşamız sən əbədi azadlığa qovuşdun

1992 – ci il ermənilər mayın 8-dən 9 -a keçən gecə Şuşaya hücum əməliyyatı planlaşdırdılar. Onlar bilirdilər ki, Şuşa Qarabağımızın göz bəbəyidir,onun üçün də bu əməliyyatın gizli adını„dağlarda toy”adlandırdılar.
Bu döyüşlər zamanı 1800 erməniyə qarşı cəmi 500 Azərbaycan əsgəri müqavimət göstərirdi, kömək gözləyirdilər.
Amma nə qədər çalışsalar da, Şuşamızı qoruya bilmədilər ermənilərdən. Ermənilər mayın 9-u gecə saat 4 də Şuşada öz qələbəsini elan etdi. Çox sayda şəhidimiz, 1860 nəfərə yaxın azərbaycanlı yaralımız və 22 mindən çox yurd -yuvasından didərgin düşən həmvətənlərimizin oldu.
Bitdi! Nəhayət geri qayıtdıq ey Şuşamız.
Bu gün noyabrın 8 -i səni geri aldığımız gün kimi qeyd olunacağ. Torpağına ayaq basdığı an Azərbaycan igidləri torpağın yenidən nəfəs alacaq, ey Ana yurdumuz.
Şuşa gözün aydın, gözümüz aydın bizi qarşıla biz gəldik. Artıq gələcək nəsillərə sənin işğal olduğun gündən yox, aldığımız gündən danışacayıq.
Yaşasın Azərbaycan Ordusu, qanı ilə canı bahasına Qarabağı geri alan hər bir şəhidimizin qarşısında baş əyirik.
Qarabağ Azərbaycandır!

Mikayıl Əsədov.

Bunu paylaş: