Sergey Markov tarixə yenidən nəzər etsə yaxşı olar

 

Bildiyiniz kimi, bu yaxınlarda Rusiya nümayəndə heyəti işğaldan azad edilmiş torpaqlarımıza səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri jurnalistlərin bir sıra suallarını cavablandırmışlar. Bunlardan biri isə İlham Əliyev hakimiyyətinin “dayəsi” Siyasi Araşdırmalar İnstitutunun direktoru politoloq  Sergey Markovdur. Sergey Markov Azərbaycanı bu yolda dəstəklədiyini bildirmişdir. Onun sözlərinə görə Naxçıvanla Azərbaycanın birləşməsi məsələsi çox müsbət haldır. Bölgədə inkişaf daha sürətlənəçəkdir. Zəngəzur bölgədə bütün dövlətlərin iqtisadiyyatına müsbət təsir göstərəcəkdir.

Sergey Markov bu çıxışı zamanı çox mühüm bir söz işlətmişdir. O, bildirmişdir ki, “Azərbaycan Qarabağ məsələsində Rusiyaya etibar edə bilər”. O, sanki Azərbaycan hakimiyyətinə bir mesaj verir kimi danışır. Bilirik ki, bu insanlar Kremlin danışan ağzıdırlar.

Deyəsən, Markov unudub ki, illərdir bölgədə belə gərginliyin hökm sürməsinə birbaşa günahkar elə Rusiya özüdür. Tarix boyu Azərbaycan Rusiyaya hər zaman dost münasibət bəsləsə də, hər zaman xalqımız şimaldan böyük xəyanətlərlə üzləşmişdir.

Tarixi boyu Azərbaycan əsilli insanlar Rusiyanın inkişafında və ayaqda qalmasında mühim rol oynamışlar. Rusiya nümayəndələrinə söyləmək istərdik ki, azad edilmiş torpaqlarımız, sıırf Rusiya tərəfindən işğal edilmişdir.

Sadəcə 30 il əvvəl Azərbaycanın başına açdıqları “20 Yanvar, Xocalı” və. s kimi təxribatları hələ biz unutmamışıq.
Əsla və əsla, Rusiyaya heç vaxt inanmaq olmaz, bunu biz yox, bizim tarix bizə deyir.

Mikayıl Əsədov.

Bunu paylaş: