Sergey Lavrovun sözləri Azərbaycan və Türkiyəyə siqnaldır

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəridən sonra Ermənistana getməsi və orada Azərbaycan əleyhinə çıxış etməsi ölkəmizdə birmənalı qarşılanmayıb. O, erməni jurnalistin sualına cavab olaraq Fərrux kəndindəki mövqelərdən danışarkən bu bölgəni Azərbaycan Ermənistan sərhəddi adlandırması bizə qarşı təxribatdır. Lavrovun bundan əvvəl Türkiyə səfəri zamanı istədiyini ala bilməməsini onun üz cizgilərindən başa düşmək olardı. Lavrov Ermənistandakı çıxışı zamanı rəsmi Bakı və Ankaraya ismarıc göndərməsi Türkiyə səfərinə cavab kimi dəyərləndirilə bilər.

Düzdür, Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi, Rusiyadan gələn bu cür təxribatçı çıxışları malalamaqdadır. Xarici İşlər nazirlimiz bunu yalnışlıq adlandırsa da, əsla bu cavabın üzərindən adlayıb keçmək də düzgün olmazdı. Bu sözləri yeni Rusiya nümayəndəsi bildirsəydi, bəlkə də hakimiyyətin yanaşması kimi məsələyə yanaşmaq olardı.
Lakin bu sözləri illərin təcrübəli siyasi mütəxəssisi Sergey Lavrov deyir. O Lavrov ki, bölgəmizi beş barmağı kimi tanıyır.

Bir daha qeyd edim ki, Rusiya XİN – nin bu çıxışı açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsidir. Suriya, Liviya, Ukrayna, Iraq, Azərbaycan, Mərkəzi Asiya, Yaxın şərqdəki, Türkiyənin artan mövqeyi Moskvanı narahat etməkdədir. Buna görə də, Lavrovun cavabı düşünülmüş şəkildədir. O, bununla bildirmək istəyir ki, Qondarma Qarabağ məsələsi yenidən qızışa bilər.
Üstəlik də son zamanlar Qərblə Azərbaycanın enerji sahəsindəki əlaqələrinin möhkəmlənməsi Kremli lap qıcıqlandırmağa başlayıb.
Sonda qeyd edək ki, Lavrov erməni jurnalistə verdiyi cavab Azərbaycan hakimiyyətini düşündürməlidir. Ən azından torpaqlarımızda at oynadan işğalçı rus ordusu sülhməramlı adı altında hər bir təxribata əl ata bilər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın