Sergey Lavrov hər şeyi açıq dedi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərlə görüşündə Dağlıq Qarabağa aid bir sıra sualları cavablandırmışdır. Sergey Lavrov ilk olaraq erməni jurnalistin sualına  cavab vermişdir. Jurnalistin Dağlıq Qarabağın müstəqilliyi barəsində verdiyi suala, Sergey Lavrovun cavabı belə olmuşdur:
-İmzalanmış Bəyannamədə belə bir cümlə olmamışdır (Biz özümüz status məsələsini qəsdən bura salmamışıq). O ərazilər Rus ordusunun nəzarəti altındadır. ATƏT-in Minsk qrupu çərçivəsində gələcəkdə bunu tərəflər öz aralarında həll etməlidirlər cavab vermişdir.
Başqa bir jurnalistin sualına Lavrov belə cavab vermişdir. Rusiya XİN -nə ünvanlanmış sualda Rusiyanın Dağlıq Qarabağın müstəqiliyyini tanımaq kimi fikirlərə Lavrov açıq cavab verərək, ölkəsinin belə bir fikri olmdığını bildirmişdir. Hələlik demək olar ki, Lavrov Rusiyanın mövqeyini ortaya qoymuşdur.
Lakin  Rusiya XİN Azərbaycanın da bostanına daş ataraq Ermənistandan gələn dövlət məmurlarının icazəsinin bəndlərdə qeyd olunduğunu bildirmişdir. Bununla da, Ermənistan vətəndaşlarının Qarabağa gəlişinə İlham Əliyev və komandasının bir söz deyə bilməyəcəyini Sergey Lavrov bildirmişdir.Bu görüşdə Rusiya Qarabağ məsələsində söz sahibi olduğunu dünyaya çatdırmış oldu.

Bu vəziyyətdə İlham Əliyevə sual vermək istərdik. Siz Azərbaycanın ən böyük düşmənini Qarabağımıza gətirdiniz , üstəlik xalqdan xəbərsiz Qarabağa status verilməsini söz vermisiniz? Unutmayaq ki,  tarix boyu Rusiya hər an fikrini tez-tez dəyişən ölkə kimi yaddaşlarda qalmışdır. Yəni İlham Əliyevin xalqa söylədiyi kimi desək, Dağlıq Qarabağ problemi artıq yoxdur, keçmişdə qalmışdır. Lakin əslində belə deyil; Təəssüf ki, biz xalq olaraq o vaxt ayılırıq ki, artıq torun içindəyik.Biz təpki göstərib Heydərizmdən qurtulmasaq və milli hakimiyyət qurmasaq, Qarabağ problemi yenə də partlamamış mina kimi qalacaq, müharibə vaxtaşırı davam edəcək.Yeganə xilasımız Türkiyə ilə konfederesiya yaratmaqdır. Yatsaq, laqeyd qalsaq uduzacağıq.Bunu sadəcə zaman göstərəcəkdir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: