Sergey Lavrov Bakıya, İrandan intiqam almaq üçün gəlir

 

Aldığımız xəxbərə əsasən, bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələcəkdir. Çoxları bu səfəri Qarabağa dair danışıqlara görə təhlil edir. Fransa tərəfinin yaydığı məlumata əsasən Moskva və Paris Qarabağa dair yeni inkişaf paketi hazırlamışdır. Bu səfərin də əsas məqsədinin bu olduğunu qeyd edirlər. Çoxları Lavrovun gəlişinin məqsədini Bakıya təzyiq kimi də qeyd edir.
Kremlin tələbi: a) Qarabağda hərbi kontingentin artırılması.
b) Zəngəzura gələcəkdə rus ordusunun nəzarət etməsi.
c) Qarabağa muxtariyyət verilməsi.
d) Rusiyanın yaratdığı hərbi və iqtisadi bloka Azərbaycanıda cəlb etmək.                             e) Azərbaycanın əli ilə, çəkiləcək yeni dəmir yoluna Gürcüstanıda cəlb etmək.                 Bu şərtlər, hələlik Kremlin Bakıdan tələbləridir.

Lavrovun gəlişinin əsas qaranlıq tərəfi isə, son zamanlar soyuq münasibətdə olan İrandır. Müharibədən sonra Azərbaycanın Qafqazda iqtisadi dəmir yol proyektinə qoşulan ölkələrdən biri də cənub qonşumuzdur. Amerika və İran yaxınlaşmasından qəzəblənən Rusiya, onlara qarşı təxribat hazırlamaq istəyir. Gələcəkdə İran iqtisadiyyatının inkişafının Azərbaycan və Türkiyədən keçdiyini hər kəs bilir.

Lavrovun tələbi İlham Əliyevdən, Azərbaycan və Türkiyə ərazisindən, İranın Qərbə çıxışna icazə verilməməsi olacaqdır. Rusiya İranı bölgədə şıxışdırmaq istəyir ki, Vaşinqtonla əlaqələrdən imtina edilsin. Ola bilsin ki, Lavrov Bakıya əvəzində, Qarabağdan rus qoşunlarının çıxarılmasını təklif etsin. Bu şərtlərə Bakı və Ankaranın razılıq verməsi çətin olacaqdır.
Əgər yaxın zamanda Azərbaycan İran münasibətlərində gərginlik olsa, deməli Bakı Kremlin qərarı ilə razılaşmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: