Separatçı Azərbaycan üzrə rəhbər təyin edildi

Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin yeni rəhbəri təyin edilmişdir. Agentliyin yeni rəhbərinin kim olduğu və qaranlıq tarixi barəsində məlumat vermək istərdik.

Vitali Denisov Rusiya Xüsusi Xidmət Orqanlarının polkovniki.
Gürcüstan ərazisi olan Cənubi Osetiyanın işğalında mühüm rol oynayıb. Osetinlər və gürcülərin arasında süni konflikt yaradan mahir polkovnik. Gürcüstan – Rusiya müharibəsindən sonra separatçı Cənubi Osetiyanın prezident administrasiyası rəhbərinin müavini təyin edilmişdir. Cənubi Qafqaz üzə ekspert olan Vitali Denisovu Azərbaycan üzrə agentliyin rəhbəri təyin etmək, hansısa planlardan xəbər verməkdədir.

Bildiyiniz kimi, “Sputnik Azərbaycan” agentliyini maliyyələşdirənlərdən biri Rusiyada böyük media rəhbəri olan erməni əsilli Marqarita Simonyandır.
Aldığımız xəbərə görə, Vitali Denisovun da Azərbaycan üzrə rəhbər göndərilməsində Simonyanın rolu böyükdür.

Bu gün, Rusiyanın Azərbaycan üzrə əsəs media orqanına belə bir insanın təyin olunması, bizdə şübhələr yaratmaqdadır. Hər halda, Şimal qonşularımızın ölkəmizdə hər bir hərəkəti diqqətlə izlənilməlidir, əsasən erməni əsilli rus vətəndaşlarının.

Rusiyanın ermənilərin (Qarabağ, Sumqayıt, Xocalı, azərbaycanlıların Qərb torpaqlarımızdan qovulması və s) əli ilə Azərbaycanda törətdikləri təxribatlar yenidən təkrarlana bilər.
Rusiyanın eyniliklə Ukraynadakı işğalçılıq siyasəti, hər an Qafqazlarda da baş verə bilər. Bəlkə də Vitali Denisovun ölkəmiz üzrə media orqanına rəhbər təyin edilməyi, yeni təxribatların yaradılması üçündür!. Hər halda, biz yenə ehtiyatlı olmalıyıq!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın