Senatorların Türkiyəyə qarşı qərəzli mövqeyi, Amerikanın İran planını iflasa uğradacaqdır

Tehranda baş tutan İran, Türkiyə, Rusiya başçılarının görüşü Amerikaya bir siqnal kimi dəyərləndirilə bilər. Əsasən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşü Qərbdə qıcıq yarada bilər.

Tehran görüşünə cavab isə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin İsrailə səfəri idi. Amerikalı lider görüş zamanı İsrail Prezidenti Lapidlə bir sıra məsələləri müzakirə etmişdir. Əsas problemin isə İranın nüvə silahı təhlükəsi ilə bağlamışdır.
Görünür, paralel olaraq bölgədə vəziyyətin çox gərgin keçdiyini görürük.

Bu gün Qərbi maraqlandıran məsələ Türkiyənin onun düşmənlərinin yanında yer almasıdır. Lakin digər tərəfdən reallıq budur ki, Qərb öz savadsız siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırmaqdır.

Prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri təxirə salına bilərdi, lakin Amerika Senatoruğunun çıxardığı son təxribatçı qərar Türkiyənin Rusiya və İranla yaxınlaşmasına səbəb oldu. Bilirik ki, Amerika söz verdi, lakin F-16 döyüş təyyarələrinin qardaş ölkəyə satışını əngəllədi.

Bu səbəbdən ola bilər ki, Ərdoğan Putindən yeni müasir döyüş təyyarələrinin alışı barəsində razılaşsın.
Çox təəssüf ki, Türkiyənin bəzi düşmənləri Amerikanı əlində oyuncaq edərək, ən dəyərli müttəfiqini ondan uzaqlaşdırıblar. NATO və Vaşinqton bunu anlayanda isə çox gec olacaqdır!

Bu gün Co Baydenin İsrailə gedərək oradan İranı təhdid etmək istəməsinin qarşısını Türkiyə alacaqdır. Məsələ burasındadır ki, Türkiyənin icazəsi olmadan bölgədə nəsə etmək mənasızdır.
Ərdoğan isə, hər zaman prinsipiallığı ilə seçilən lider kimi tanınır.

Bir sözlə, Senatorluğun qərəzli qərarı Amerikanın Yaxın-Şərq planını alt-üst etmiş oldu.
Putin isə, bu vəziyyətdən məharətlə istifadə edərək qəsdi qardaş ölkəni Qərbdən daha da uzaqlaşdırmaqdır. Bu gün Amerikanın Türkiyəyə satmaq istəmədiyi döyüş təyyarələrinin əngəllənməsi erməni-yunan və Vatikan lobbisi tərəfindən baş tutmuşdur. Bilirik ki, bu lobbilərin ən böyük qolu Rusiyaya gəlib çıxmaqdadır.

Beləliklə, Qərb getdikcə Türkiyəyə qarşı daha böyük səhvlərə əl atmaqdadır. Lakin onlar bir şeyi unudurlar ki, bu gün qardaş ölkə kimin tərəfində olarsa, o tərəf dünyada dominantlıq gücünə sahib olacaqdır. Bu gün Amerika, İsrail və müttəfiqlərinin İran planının iflasa uğraması Türkiyənin tutduğu siyasi mövqeyindən irəli gəlir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın