Seçki komissiyalarına Müraciət

(Seçki protokollarının saxtalaşdırıldığını etriraf edin və özünüzü məsuliyyətdən kənarlaşdırın. Sonra gec olacaq)

Ölkədə baş verən faciələrin narahat etmədiyi, yuxusunun ərşə çəkilməsinə səbəb olmadığı normal insana çətin ki, təsadüf etmək olar. Mən məcburam ki, bu günün reallaqlarının əsas səbəbkarlarının kimlər olduğunu dilə gətirim.Çünki necə deyərlər artıq divar qurtarmış, bıçaq sümüyə dayanmışdır. Məni eşidənlərin yaddaşlarında Məzahir Pənahovu canlandırıram. Mərkəzi seçki komissiyası, hansı ki, Azərbaycan cəmiyyətində az-çox nüfuza malik olan və insanların maarifləndirilməsi üçün məsuliyyəti olan müəllimləri , vətəndaşların sağlamlığının keşiyində durmalı olan səhiyyədə çalışanları, büdcədən maliyyələşən bütün digər təşkilatlarda çıxışları formal olaraq seçki kimissiyası adı daşıyan, həqiqətə isə saxtakarlıq edilmək üzrə ixtisaslaşdırılmış mütəşəkkil cinəyətkar dəstələrldə birləşdirilmişdir.

Yalnız ikiayaqlı olması ilə digər ev, həyət şəraitində yaşayan canılıardan fərqlənənlər öz mənəviyyatlarını qəpik-qruşa, bir çox hallarda texniki spirtlə, ucuz kolbasa, sosislərlə yükllənmiş süfrələrdə qarınlarının doydurulmasına satılmağı mümkün hesab etmişlər.

İnsanların haqqına girərək seçki protokollarını saxtalaşdırmaq yolu ilə prezident , deputat , bələdiyyə məmuru seçmişlər. Nəticə bu gün göz qabağındadır. Özünü ölkə prezidenti hesab edən İlham Əliyev, Vladimir Putinin tapşırıqlarına uyğun olaraq ölkənin Milli Məclisini, güc və digər vacib strukturlarının formalaşdırılmasını həyata keçirmişdir. Əli Abbasovun əli ilə Azərbaycanın rabitə təhlükəsizliyini, Eldar Mahmudovun əli ilə təhlükəsizliyini satmışdır. Mikayıl Cabbarovun , Kərəm Həsəsnovun aktiv iştirakı ilə ölkənin iqtisadiyyatı çökdürülmüşdür. Bilavasitə Sergey Şoyqunun rəhbərliyi altına verilmiş müdafiə nazirliyini Zakir Həsənov , Nəcməddin Sadıqov , Xanlar Vəliyev xəyənətkar və satqın generallar çətəsi məhv etdilər. Azərbaycanın de faktro işğalının başa çatdırılması üçün orduya ağır zərbələr vurulmuşdur.

“Tərtər genosidi” planlı və düşülnümş şəkildə həyata keçirilmişdir.Sifarişçi və icraya nəzarətçi funksiyasını rus kəşviyyatı həyata keçirmişdir.Ruslar əmri İlham Əliyevə vermiş o isə öz növbəsində xalqa xəyanət edərək ordunun genosidə məruz qoyulması barədə əvvəlcədən müdafiyə nazirliyinə rəhbər vəzifələrə yerləşdirdiyi cinayətkarların əli ilə həyata keçirmişdir.Həmin üzdəniraqlar xalqa və orduya etdikləri xəyanətlərə rəğmən yüksək rütbələrlə və vəzifələrlə mükafatlandırıldılar.Onun bu hərəkəti cəmiyyətdə bırmənalı

qarşılanmamış psixikasının yerində olmadığı barədə əsaslı şübhələr yaratmışdır.Minlərlə əsgər və zabitimiz tarixdə indiyə kimi təsadüf edilməmiş amansızlıqla işgəncələrə məruz qoyulmuşlar.Vəhşilikləri orduda yüksək vəzifə tutanlar həyata keçirmişlər. Bu, barədə Azər Freedom” bütün təzyiqlərə, terrorlara rəğmən ictimai istintaqı davam etdirir.Validə xanım , Rəvanə xanım , əziz qardaşım , cəsur komutan Elmar Allahverdiyev haqq-ədalət uğrunda ölüm-dirim müharibəsinin önündədirlər.Korrupsionerbaşı Kamran Əliyevin komadası ilə birgə öz üzərinə götürməyə cəsarəti, kişiliyi çatmayan yükü çox hörmətli Qurban bəy Məmmədli və çox dəyərli İlham Aslanoğlu öz çiyinlərinə götürmüşlər.

Mənim Uca Allahdan arzum budur ki, ölkədə ən yuxarı zirvələrdə oturanlardan heç olmazsa Validə xanımın nümayiş etdirdiyi vətəndaş möqeyinin, ortaya qoyduğu milli qeyrətin on faizini nümayiş etdirsinlər.

Təəsüf ki, onun şahidi deyilik. Yəqin ki, bunu görmək qistəmiz olmayacaqdır. Mən şəxsən İlham Əliyevin hakimiyyəti mənimsəməsinə şərait yaradılmasının ölkəyə təhdid və və təhlükə olduğunu demişəm və bu gün də təkrar etməyə məcburam.

Bu, barədə kifayət olduğundan da artıq yazıldığından, bu günkü müraciətimin ana mövzusuna keçirəm.

Ölkədə hazırda mövcud olan durum üçün mən 1№-li təqsirkar kimi Məzahir Pənahovu və onun komissiyalarının üzvlərini sayıram. Azərbaycanda hakimiyyətin cinəyətkar çətıənin əlinə keçməsi bilavasitə onların köməyi ilə mümükün olmuşdur. Saxtalaşdırılmış protokollar İlham Əliyevə hakimiyyəti mənimsəməyə imkan yaratamışdır. O, isə ağır cinəyatkarlardan ibarət şəbəkə yaradaraq ölkəni talamış, mümkün olanları da olmayanları da düşmənlərə satmışdır. Onun cinayətlərindən ölkədə artıq ziyan çəkməmiş bir insan belə qalmamışdır.

Mən üzümü seçki komissiyasında oturan bütün soydaşlarımza tutaraq deyirəm. Hörmətli bacı və qardaşlar Sizlərin xalqa və millətə , dövlətə qarşı etmiş olduğunuz xəyanətlər, cinayətlər artıq sirr deyil. Bu barədə adiyyatı qurumlarda dəqiq məlumatlar vardır.

Heç olmasa ölkənin “Tərtər işi” adı almış faciəsəinin qurbanlarının dəryaçaya çevrilmiş nahaq qanlarına xatir səmimi etiraf edilməlidir. Protokkoların saxtalaşdırıldığını təsdiq edilməlidir.

Azer Freedoma və MSK-ya ərizələr göndərilməlidir . Özünüzün nahaq yerə qurbana çevrilmənizə yol verməyin

Oxucularına dərin hörmət və sevgilərlə:            Tahir Babayev

Bunu paylaş: