Satılmışlar.

Türkiyə ordusunun Azərbaycana gəlişindən sonra Zahid Oruc, Qüdrət Həsənquliyev, Aslan İsmayılov kimi bəzi nakəslər ,,xoş gəlmisən” əvəzinə ağızlarına gələni danışdılar, yazdılar və guya nəsə əsaslandırdılar. Halbuki, Azərbaycana hər tərəfdən basqı olduğu və yeni ərazilərin işğalı təhlükəsi olduğu zaman Türkiyə ilə hərbi müqavilə bağlamaq, konfederasiya yaratmaq nəinki indi həm də gələcəyimiz üçün çox vacibdir. Əlbəttə bu nakəslərin hardan təlimat aldıqları hamıya bəllidir. Bütün bəlalarımızın başında duran Rusiyanın hərbiçilərinin Azərbaycana gəlişinə belə nakəslərdən hansı reaksiya gözlənilir? Bu hərbiçilər bildiyiniz kimi gül -çiçəklə, musiqi ilə, rəqqasələrlə qarşılanıb. Bu yaxınlarda şəhid olan generalımızın , yüksək rütbəli hərbiçilərimizin, əsgərlərimizin və bütün şəhidlərimizin qanına əli batmış düşmənin bu sayaq qarşılanması nə deməkdir? Çox utancvericidir. Xalqı bu qədər alçaltmaq, aşağılamaq olmaz. Bunların cavabı verilməlidir. Bütün bunları təşkil edənlər və dostumuza xor baxıb düşmənə qucaq açan həmin nakəslər də mütləq bədəlini ödəməlidir.

İmza; Yaqut Xəlilova.

Bunu paylaş: