Sanki xalqın məmurlara borcu var

 

Son vaxtlar ölkədə baş verən hadisələrdən sanki, prezident konkret acığa düşüb; Hansı oliqarx, harınlamış məmur haqqında yazırıq, səhəri gün ölkə başçısı digər məmuru ordenlə təltif edir. Çox maraqlıdır, görəsən bunu Azərbaycan prezidenti bilərəkdənmi edir, ya kimlərinsə acığına?
Elə məmurlar var ki, işlədiyi zaman xalqın sərvətini talayaraq yaxınlarının adına mülklər tikdirmişlər. Nəvə-nəticəsi ilə vaxt keçirməkdənsə, əvəzində onların adına otellər, şirkətlər tikdiriblər. Bu cür məmurlardan biri də ” Şərəf və Şöhrət” ordeni ilə təltif olunmuş Abid Şərifovdur. O, nəvəsi Nicat Mahmudova Şəkidə 5 hektar torpaqda 4 mərtəbəli kompleks tikdirib.

Onu da qeyd edim ki, Abid Şərifovun nəvəsi 2017-ci ildən Londonda yaşayır və şirkətə rəhbərlik edir. Keçmiş Baş Nazirin köməkçisi, hətta özünə bəraət qazandıraraq, nəvəsinin otellər tikdirməsinə normal yanaşdığını bildirmişdir. Abid Şərifov anlamalıdır ki, otel tikdirmək cinayət deyil, sadəcə hansı pulla tikdirməsi cinayətdir.

https://companycheck.co.uk/company/10830834/ABEONA-GLOBAL-LIMITED/companies-house-data

https://suite.endole.co.uk/insight/company/10830834-abeona-global-limited?page=overview


“Abeona Global Limited” şirkətinə rəhbərlik edən bu gənc milyonlarla funt – sterlinqdən çox sərvətə malikdir. Burdan belə qənaətə gəlmək olar ki, Azərbaycanda vəzifə sahibi olmaq və ordenlər almaq şərtdir. Onu da qeyd edim ki, bu yaxınlarda prezİdent İlham Əliyev Arif Rəhimzadəni də “Şərəf” ordeni ilə təltif etmişdir.Bu da belə…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: