Samir Şərifov qazın qiymətinin qalxmasına işarə etdi

Maliyyə naziri Samir Şərifov maraqlı açıqlama ilə yadda qalmışdır. Əslində onun açıqlamasını hakimiyyətin yeni siyasi hiyləsi də adlandırmaq olar. Nazir qeyd edib ki, Azərbaycan bu il “ƏDV” vergisini əhaliyə hədiyyə kimi qaytarılmışdır. Şərifov bu məbləğin 138 milyon manat olduğunda qeyd edib.
Digər tərəfdən o, son zamanlar ölkədə maliyyə vəziyyətinin də yaxşılaşdığını bildirmişdir. Guya 2021 – ci ildə ölkəmizin beynəlxalq nüfuzu artmış və maliyyə sektoru inkişaf etmişdir.

Samir Şərifovun bu sözlərində heç bir məntiqin olmadığını görərik. Necə olur ki, pandemiya ilə bağı dünyanın inkişaf etmiş ölkələrinin belə maliyyə dəyərlərinin faiz dərəcələri qat – qat aşağı endiyi vaxta, ölkəmizdə bu proses əksinə baş vermişdir?. Bütün dünya hələ də pandemiya sıxıntıları yaşamaqdadır.

Maliyyə nazirinin bu sözlərində hiylənin harada olduğunu aydınlaşdırmaq istərdik. İlk önçə inkişafdan danışan nazir daha sonra, ölkədə qaz satışının dünya bazarından qat-qat ucuz satıldığını söyləyir. Yəni yaxın vaxtlarda təbii qazın qiymətində artım olacağının işarəsini verir. O ki qaldı maliyyə inkişafına, bunlar hakimiyyətin nağılının bir parçası olaraq qalır. Bir sözlə, İlham Əliyev hakimiyyəti hər zaman olduğu kimi, ölkədə nəyinsə qiymətini yüksəltmək üçün hansısa yalançı inkişafdan danışırlar. Bu gün də Maliyyə naziri Samir Şərifovun nağılının vurğusunun nəyin üzərinə düşdüyünü görürük. Necə deyərlər, göydən üç alma düşdü, amma bu almalar kimin başına düşəcək, onu tapmaq lazımdır…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın