Samir Şərifov niyə, nəzərdə tutulan neft gəlirlərinin artırılmasını istəyir?

Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin dəyişikliyi barəsində açıqlama vermişdir. O, bu günə qədər neft gəlirlərinin dövlət büdcəsində 75 ABŞ dolları səviyyəsində nəzərdə tutulduğunu və bunu 85 dollara qaldırmağın vacib olduğunu bildirmişdir. O, bunun səbəbini son zamanlar büdcənin artırılması ilə əlaqələndirməkdədir. Samir Şərifovun sözlərinə görə, dünyada baş verən proseslər Azərbaycanın stabil dövlət büdcəsinin artmasına və azalmasına gətirib çıxarır. İndiki halda isə Azərbaycan neftinin 100 dollardan yuxarı satılmasını nəzərə alaraq budcənin 85 dollarla götürülməsinn də vacibliyini vurğulayıb.

Məsələ burasındadır ki, Maliyyə nazirinin bu açıqlamasının xalqımıza, yəni kasıb təbəqəyə heç bir aidiyyatı yoxdur.
Əvəllər olduğu kimi, bu gün də dünyada neftin qiyməti artsa da, Azərbaycan xalqına heç bir təsiri olmamışdır. İnsanlarımız əvvəllər necə kasıb gündə yaşayırdılarsa, bu gün də eyni vəziyyətdədirlər.

Bizi maraqlandıran digər məsələ isə, hər zaman dövlət budcəsi neft gəlirlərinin 70 faizi qədər götürülməsi nəzərdə tutulur. Bəs gəlirdən qalan 30 faiz hara gedir?
Bu gün xalqımız bilir ki, İlham Əliyev hakimiyyəti xalqın milli sərvətindən bir qəpik belə xalq üçün aylrmamaqdadır. Sadəcə, müəyyən rəqəmlər qeyd edərək xalqın başını aldatmaqdadırlar. Büdcəyə ayrılan pullar isə, məmurların dolanması üçün nəzərdə tutulmaqdadır. Bu gün İlham Əliyev hakimiyyəti xalqı düşünmək fikrində deyil. Yuxarıda oturanların fikiri millətin sərvətini talamaqdır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın