Sahil Babayev yenə milləti aldadır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq idarəsi yenə də öz ampulasında çıxış etməkdədir.
Dövlət Məşğulluq Agentliyinin verdiyi məlumata görə, Azərbaycanda 68.5 min insan işlə təmin olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, əhalinin işlə təmin edilməsi prosesində əlavə olaraq 16 min vətəndaşın işlə təmin olunacağı nəzərdə tutulmuşdur.

Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşları necə aldatdığını sizlərə xatırlatmaq istərdik. Eyni rəqəmləri təxminən bir il bundan əvvəl axh-az.com saytında sizlərə xəbər vermişdik. Deyə bilərik ki, işsiz Azərbaycan xalqı necə oldu ki, Sahil Babayevin Məşğulluq Agentliyinin təklif etdiyi işlə təmin olunmur. Bu rəqəmlər və iş məsələsi hamısının yalan olduğunu qeyd edə bilərik. Bir neçə ay bundan əvvəl Məşğulluq Agentliyinə müraciət edən şəxslərə: “iş yerləri dolmuşdu”,-cavabı verilmişdir.
Əlavə də qeyd edə bilərik ki, həmin elanlarda verilən iş yerləri bunlardır: “fəhləlik, xadiməçilik, qarolçu və restoranlarda qarsonluq”. Düzdür, işləmək ayıb deyildir, lakin üç ali təhsili olan insan niyə fəhlə işləməlidir? Bizə təsir edən məsələ burasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xalqı bu çür aldatmaqla məşğuldur. Sahil Babayev yalançı iş yerləri, pensiyaların azaldılması və yaxud dayandırılması ilə xalqı təngə gətirmişdir. Əminliklə deyə bilərik ki, əhalinin 50 faizdən çoxu işsizlikdən əziyyət çəkir. Buna sübut olaraq son vaxtlar rayon və kəndlərdən insanların paytaxta köçünü görə bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın