Sahil Babayev: “Uşaq pulu verilməyəcək! “

 

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışı zamanı uşaq pullarının verilməsi barədə məsələyə toxunmuşdur. O, Azərbaycanda bunun mümkün olmadığını qətiyyətlə qeyd etmişdir. Sahil Babayevin sözlərinə görə, hal- hazırda ölkəmizdə yaşı 18 yaşına qədər olan 2.7 milyon əhali vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri qeyd etmişdir ki, belə olduğu halda dövlət büdcəsindən illik 3.3 milyard manatın ayrılması qəbul edilməzdir.

Sahil Babayev əlavə edib ki, 2040 – cı ildə əhalinin sayının bir neçə faiz artması gözlənilir və belə olduqda hər 10 ildən bir dövlət büdcəsində uşaq pullarının dəyərinin çoxalması gözlənilir.

Sanki Sahil Babayev öz cibindən pul
ödəyir kimi danışması, qəbuledilməzdir. İlk öncə, nazir anlamalıdır ki, tam 18 yaşına kimi dövlət bütün uşaqlara qeyrd- şərtsiz yardım etməlidir. Təbii sərvətlərimizdən gələn milyardlarla gəlirdə, uşaqların da haqqı olduğunu İlham Əliyev və onun təyin etdiyi Sahil Babayev bilməlidir. İlham Əliyev və məmurları oğurladığı xalqın pullarını geri qaytarsa, uşaq pulları 200 il və daha çox ödənilə bilər.

Sahil Babayevin bu çıxışı açıq şəkildə, yuxarıdan göstərişlə icra olunmaqdadır. İlham Əliyev xalqa bildirmək istəyir ki, 2040 – cı ilə qədər uşaq pulları barəsində sözu belə dilinizə gətirməyin. Beləliklə, Sahil Babayev son vaxtlar, uşaq pulu ilə ölkəmizdə dolaşan söz- sohbətə İlham Əliyevin əmri ilə son qoymuş oldu. Görünür, İlham Əliyev, yaşlı, orta nəslə verildiyi qiyməti, gənc nəsil üçün də göstərmiş oldu.

Beləliklə, qeyd etmək istərdim ki, bu Sahil Babayevin bu çıxışından sonra, xalqımız etiraz etməmişdir, axı bizə susmaq və qul olmaq yaraşır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın