Sahil Babayev bu dəfə Qazi və insanların pensiyalarına göz dikib

 

Son vaxtlar Azərbaycanda yeni korrupsiya dəbi baş verdiyini görürük. Hər gün əlillərin pensiyalarının kəsildiyini eşitməkdəyik. Sahil Babayev insanların pensiyalarınada göz dikməkdədir. Qazi, ahıl, əlil, dəli deməyib hakimiyyət insanların pensiyalarını kəsməkdədir.
Bir neçə gündür ki, Azərbaycanda ən biabırçı xəbərlərdən bir neçəsinin şahidi oluruq;

Qarabağ müharibəsində sağlamlığını itirən Qazilərimizdən, Dövlət Tibbi Sosial Ekspert Komissiyası, əlillik qrupu vermək üçün rüşvət tələb etmişdir. Rüşvət vermədikdə isə, 1-ci qrup əvəzinə 4 – cü qrup yazılır və yaxud da, ümumiyyətlə,heç əlillik qrupu verilmir. Görünür, İlham Əliyev və hakimiyyətinin hüçumu indi də əlillərə yönəlmişdir. Əmək fəaliyyətini itirən şəxsin pensiyası necə kəsilə bilər axı?. Bunun üçün ya kor, ya da gərək düşmən olasan. Нakimiyyətin xalqımıza düşmənçilik siyasəti hərtərəfidir. Yaşlı, uşaq, gənc, qadın, əlil demədən bu xalqın hərtərəfli qanını içməyə başlamışlar.

Dünyanın hər bir ölkəsində Qazilər, Əlilər, uşaqlar daim dövlət tərəfindən qayğı görür.Lakin Azərbaycanda isə əksinədir.
Bu, həqiqətən də dözülməz biabırcılıqdır. İlham Əliyev və hakimiyyəti anlamalıdır ki, onlar evlərində rahat yatdığı vaxt, həmin Qazilərimiz torpaqlarımızı düşməndən canları, qanları bahasına azad etmişdirlər.
İlham Əliyev və Sahil Babayev bir daha anlamalıdır ki, həmin əlil insanların övladları və yaxınları bu gün Qarabağda qəhrəmancasına döyüşərək Şəhid və Qazi olmuşlar. Əlilər bizim cəmiyyətin üzvləridir və onlara dövlət tərəfindən yardım daimi olmalıdır. İlham Əliyevin daxili siyasəti görün nə gündədir ki, məmurları əlillərdən də, rüşvət dilənirlər

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın