Sahib Kərimli: Türkiyə ilə daha dərin yaxınlaşma və konfederativ sistem qurmaq!

 

 

Azərbaycan dövləti 30 ildə böyük neft pulları ilə səhiyyədə sığorta sistemini qurmayıbsa, vətəndaşını pulsuz müalicə edə bilməyibsə, sosial ədalətsizlik üst səviyyəyə qalxıbsa və korrupsiya hesabına daha da artmaqdadısa, ədalətli məhkəmə yaratmayıbsa, ciddi sayda vətəndaşlarının, Rusiya və İrana simpatiya duymasını təbii qarşılamalıdır. Bu fenomen, dövlətə və vətənə xəyanət anlayışları ilə məhdudlaşa və izah edilə bilməz. Nə yaşayış var, nə gələcəyə ümid. Qarşı tərəf – Rusiya və İranın təsir agenturası “belə dövlət olar? ” sualı verəndə çox haqlı görünür!

Təsir agenturasının arqumentlərini aradan qaldırmağın, tezislərini sıradan çıxarmağın tək yolu var – milli demokratik sistem qurmaq. Bu sistemi qurmağın da tək yolu var – Türkiyə ilə daha dərin yaxınlaşma və konfederativ sistem qurmaq!

Sahib Kərimli.

Bunu paylaş:

Bir cavab yazın