Sahib Kərimli: Hakimiyyət bunu hesablayıb…

 

Populizm ideoloji yükü olmayan siyasi ritorika olduğandan, onun elektoratı sabit deyil. Bu adamlar emosiyalarla davranır, tez alışıb, tez sönürlər.
Fəaliyyəti və şüarları real nəticə yaratmayan, pozitiv nəticələr olmayacağını, şərtlərin və gücünün buna imkan verməyəcəyini bilən siyasətçi, bir müddət sonra kütləni saxlamaq üçün ona yalanlar danışmalı olur. Bu yalanlar və nəticəsizlik fonunda, marginallaşma baş verir, potensial protest elektoratın növbəti dalğası xəyal qırıqlığına düşür və passivləşir.

Hakimiyyət bunu hesablayıb və ideoloji istiqamətləri konservləşdirib. Məqsəd sosial problemlərin təsiriylə aktivləşən protest elektoratı, maariflənmədən və sistemli bacarıqlar qazanmadan uzaq tutmaq, “qazını boşaltmaq” və zərərsizləşdirməkdir.

Sahib Kərimli.

 

Bunu paylaş:

Bir cavab yazın