Sahib Kərimli: Bəşəri nizam yaranması üçün üçüncü bir model yaranmalıdır

 

 

ABŞ dövlət katibi Blinken Qazaxıstan hadisələrinə münasibət bildirərkən deyib ki, evinizə ruslar girəndə, çıxarmaq çətin olur.
Bu, razılaşdırılmış oyunu pərdələməkdir, yoxsa çarəsizliyin ifadəsidir, bunu zamanla anlayacağıq. Bütün hallarda isə super dövlətin bəşəriyyətə elan etdiyi vizyona yaraşmayan açıqlamadır.
Rusiya qarşısında bu qədər acizliyin səbəbləri nədir?
ABŞ və AB ölkələri dövlət olmaqdan çıxmaqda və qlobal sərmayənin oyuncağı olmaqdadır….
II Dünya müharibəsindən sonra, ABŞ dövlət katibinin Marşal planı ilə Avropanın qərbini Stalindən xilas etdilər.
SSRİ – nin dağılmasından sonra isə, nə bir planları oldu, nə də proqramları. Düz 10 il, Putin hakimiyyətə gələnə qədər, postsovet məkanını dəyişə bilərdilər, dəyişmədilər.
“Dünyanın istənilən nöqtəsindəki ədalətsizlik hər yerdə ədalətə təhdiddir” prinsiplərini dəyişdilər, demokratik və hüquqi dövlət maarifçiliyini görüntü xatirinə apardılar, ictimai institutların inkişafına dəstək vermədilər, verilən dəstəkləri də, bu gün qlobal sərmayə babaları dediyimiz dələduzların fondlarından etdilər.
Rusiyanı anlamadılar, hesablaya bilmədilər. Ölkələrin müdafiə qabiliyyətini artırmağa kömək etmədilər, standartları yuxarı çəkib, NATO və AB ilə inteqrasiya prosesinində süründürməçilik etdilər.
İraqa, Əfqanıstana girdilər, İslam coğrafiyasını dağıtdılar, cəmiyyətlərin kodları ilə oynadılar.

Rusiyanın nüfuz dairəsindəki tərəfdaşlıq proqramlarından, demokratiya və liberal dəyərləri prioritetlər siyahısından çıxardılar. Əvəzində, cəmiyyətlərin sosial kodlarına zidd, lgbt, feminizm, ekoaktivizm kimi dəyərləri prioritet etdilər.
Dövlətin funksiyalarını özlərində azaltdıqca, başqalarına münasibətdə daha irəli getdilər və təcrübə yeri kimi baxdılar. Mafiozların fondları vasitəsiylə dəyərlərini korrupsiyaya uğratdılar, gözdən saldılar. Missioner fəaliyyətləri hamıda ikrah hissi doğurdu və cazibədarlıqlarını itirdilər. Və ən nəhayət, Rusiyanın bu günkü aqressiyasını da haqq etdilər.
ABŞ və AB qlobal sərmayənin oyuncağıdır, dövlət simalarını itirməkdədirlər.
Çin modeli və Rusiya avtoritarizmi də insanlığa ümid deyil, problemdir.
Üçüncü bir model yaranmalıdır ki, bəşəri nizam yaransın. Bu, Böyük Britaniya və Türk Dövlətləri Birliyinin birgə layihəsi olacaq. Bu gün real görünməsə də, sabah mütləq olacaq…..

Sahib Kərimli.

Bunu paylaş:

Bir cavab yazın