Saakaşvilidən Əliyevə “İnqilab” xəbərdarlığı

 

Bildiyiniz kimi, bir neçə həftədir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsdə saxlanmaqdadır. Bununla əlaqədar isə, Gürcüstan küçələri inqilab abu – havası ilə yaşamaqdadır. Hətta bir neçə partiya sabiq prezident Saakaşviliyə dəstək nümayiş etdirməklə, onun azadlığını tələb etməkdədir.

Görünür, Rusiya və Qərb arasında Gürcüstan uğrunda güclü mübarizə getməkdədir. Deyə bilərik ki, son bir neçə həftə ərzində Saakaşviliyə dəstək artmaqdadır. Sabiq prezident isə, qalib gələcəyini bildirib və əlavə edib : “Mən istəyirəm Azərbaycan, Ermənistan, Belarus (Ağrusiya) bizə yenə həsəd aparsın.”
Bu kəlməni deməklə, sanki bir mesaj vermiş oldu.
Siyasi tərəfdən baxsaq, deyə bilərik ki, bu üç ölkənin hər biri Rusiyanıın, yəni Putinin təsiri altındadır. Saakaşvili bu üç ölkənin adını çəkməklə, növbənin onlara gəlib çatdığını xəbərdarlıq etmək istəyir.
Belarusda (Ağrusiya) bir neçə ay bundan əvvəl dövlət cevrilişinə cəhd edildi. Lakin Aleksandr Lukaşenko güc tətbiq etməklə inqilabı yatırtmış oldu. Lukaşenko anlayır ki, xalqın qəzəbi hər an ona qarşı genişlənə bilər. Hər an yenidən Belarusda xalq ayağa qalxa bilər.

Ermənistan isə, Qarabağda yürütdüyü işğalçı siyasətindən sonra, ölkə daxilindəki gərginliyi hələ də yatıra bilmir. Bu gün ermənilərin Rusiyaya qarşı nifrəti artmaqdadır, daxildə isə İnqilaba doğru getdiklərini deyə bilərik. Fikir versəniz görəcəksiniz ki, son bir neçə ayda Ermənistanda anti – Rusiya mitinqləri genişlənməkdədir. Bununla da Qərb Ermənistanda cevriliş etsə, Rusiya “Yezidi” ləri ələ alaraq Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ modelin orada tətbiq edəcəkdir.

Növbə isə, Azərbaycanındır. Qarabağ müharibəsində qalib gələn Azərbaycan xalqından istifadə edən İlham Əliyev, özünə dəstək siyasətindən istifadə etmiş oldu. Nəticədə hər kəs, bu qələbədə İlham Əliyevin siyasətindən bəhs etsə də, zaman – zaman hər şeyin üstü açıldı:
–Şəhid və Qazilərimizə verilməyən dəyər.
Rusiyanın Azərbaycan torpaqlarına gəlməsi və daim onların olduğu yerdə təxribatların olması.
Xalqın getdikcə yaşayış səviyyəsinin aşağı düşməsi.
Korrupsiya, rüşvətxorluqun artması.
İnsan haqlarının və demokratiyanın olmaması.
Xalqın 100 milyardlarla sərvətinin İlham Əliyev və hakimiyyəti tərəfindən mənimsənilməsi və s.
Bu kimi hadisələrin ölkə daxilində inqilaba sürüklənməsinə zəmin yaradır.

Beləliklə, Mixail Saakaşvilinin birbaşa üç ölkəyə mesaj göndərməsi yaxın zamanda bu ölkələrdə İnqilabın baş verəcəyindən xəbər verir. Yalnız bunu deyə bilərəm ki, son bir neçə həftədir ki, Azərbaycanda etiraz aksiyaları daha da sürətlənir. Yaxın zamanda Azərbaycanda dəyişikliklərin olması ehtimal olunur. Xalq etirazları artıq genişlənməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın