Sərhəddə erməni diversantları geri oturduldu və Azərbaycan tərəfi sərt xəbərdarlıq etdi

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə aprel ayının 23 – u, saat 18:00 radələrində Zəngilan rayonu istiqamətində Azərbaycan sərhədlərini qanunsuz keçmək istəyən Ermənistan ordusuna məxsus təxribat – diversiya qrupu aşkarlanmışdır. Onlara geri qayıtmaları barədə xəbərdarlıq edilmişdir. DSX qeyd edir ki, bu xəbərdarlıq Ermənistan silahlı qüvvələri üçün sonuncudur; əgər bir də belə hadisə baş verərsə, ordumuz düşmənə layiqli cavab verəcəkdir.

Ermənistan ordusunun təxribat-diversiya qrupunun Azərbaycan torpaqlarında nə işi vardır?.
Demək olar ki, ara – sıra Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda mina partlayışlarının səslərini eşitməkdəyik. Bunun nəticəsi olaraq mülki şəxslərimiz və hərbçilərimiz həyatını itirir, ən yaxşı halda isə, əlil olurlar.
Diversant qruplarının da tapşırıqları bu cür təxribatlara əl atmaqdır. Ermənilər əsasən, yol və yol kənarına minalar qoymaqla bizə qarşı təxribatlar törətməkdədirlər. Bir sözlə, bu məxluqlar yenidən müharibənin başlaması üçün əllərindən gələni edirlər. Bu isə Azərbaycan üçün çox böyük şansdır.
10 noyabr bəyannaməsindən sonra bu cür hadisələrin təkrarlanmaması gərək olsa da, Ermənistan tərəfi həmişəki kimi, qanunlara əməl etmək istəmir.

Bununla Ermənistan tərəfi Azərbaycan ərazilərinə diversiya qrupları göndərərək təxribatlar yaratmaqdadırlar.
Sonda Azərbaycan tərəfi Zəngilandakı təxribata görə Rusiya tərəfinə müraciət edərək, bu cür əməllərin olmasını qəbul edilməz adlandırmışdır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın