Sərdar Əlibəyli:Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənova

 

Tofiq Şahmuradov adlı adam kimdir və hansı statusla hərbi geyimdə döyüş bölgələrini, ön cəbhə xəttini silahla dolaşır, müxtəlif pozalarda silahla şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşır. Ona rəsmi təhkim olunmuş silah varmı və varsa hansı stastusuna görə təhkim olunub. Ayrıca da, günü bu gün də bir sıra internet televiziyaları ona “hərbi bloger” qismində istinad edərək ön cəbhədən məlumat yayırlar. Ön cəbhədən Müdafiə Nazirliyinin təsdiq etmədiyi məlumatların yayılmasına rəsmi yasaq qoyulmasına rəğmən, bu şəxsə istisnalıqları kim, necə və niyə tanıyıb?

Bu müraciətimi “Nota” qəzetinin rəsmi sorğusu kimi qəbul etmənizi və qanuna müvafiq formada cavablandırmanızı rica edirəm .

KİV haqqında qanunun tələblərinə uyğun şəkildə mətbu sorğumuzu cavablandırmadığınız təqdirdə haqqınızda məhkəmədə iddia qaldırmaq hüququnu özümdə saxlayıram.

Sayğılarla: “p.s. Nota” qəzetinin baş redaktor əvəzi
Sərdar Əlibəyli(Əliyev)

Bunu paylaş: