Sənədsiz evləri olanlar, əliniz çibimizdə olsun

 

Aldığımız yeni xəbərə əsasən, yaxın zamanda Azərbaycanda qanunsuz evlərin sənədləşdirmə işlərinə başlanması nəzərdə tutulur. İlk öncə nəzərdə tutulan sərəncama Abşeron rayonundan başlanacaqdır. Söhbət 340 min sənədsiz evdən gedir. İkinci mərhələdə isə Bakının ətraf kənd və qəsəbələri sənədləşdiriləcəkdir. Yəni çıxarış (kupça) veriləcəkdir.

Bu işin əsas bir problemi vardır. Təbii ki, sənədləşdirmə işlərində ev sahiblərinin əli cibində olmalıdır. Rejimin əsas məqsədi xalqdan rüşvət almaqdır. Azərbaycanın bəzi bölgələrində bu sənədlərin düzəldilməsinə 500 manatdan 5000 manata kimi rüşvət alınmaqdadır. İlham Əliyevin yaratdığı korrupsiya, rüşvətxorluq sistemi ölkəmizdə bütün sahələrdə vacib amil sayılmaqdadır.
Hakimiyyətin yürütdüyü sistem bu cür işləyir. İlk öncə müvafiq qurumlar (icra hakimiyyəti və bələdiyyələr) xalqa sənədsiz torpaq satır. Alan insan o torpağın üzərində ev tikir və günlərin bir günü qapı döyülür, evin sənədi istənilir.

Hakimiyyətin torpaq siyasəti bu gün bu oyun üzərində qurulmaqdadır. Əgər belə deyilsə, niyə sənədləşdirmə işlərini elektron sistem vasitəsi ilə icra etmirlər? Məlum məsələdir ki, İlham Əliyev hakimiyyəti yenidən insanlardan rüşvətlə pul almaq üçün hər dəfə xalqa qarşı bu cür oyunlar oynayır. Zəhmətlə ev tik, sənədinə ayrı, torpağa ayrı, tikməyə ayrı, evin təchizatına ayrı rüşvət ver.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın