Səlim Müslümov niyə hədəf seçilib?

Hakimiyyətin Səlim Müslümov şousu hələ davam etməkdədir. Hər bir neçə gündən bir sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin həbsi gündəmə gəlir. Təbii ki, bu məsələdə İlham Əliyev rejimi guya korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə mübarizə apardığını göstərmək istəyir.

Sonuncu şounun başlığı isə dövlət büdcəsindən təxminən 28 milyon manatın mənimsənilməsidir. Çox gülünc məsələdir ki, illərdir nazir vəzifəsinədə çalışan bu şəxsə qarşı 28 milyonluq ittiham irəli sürülmüşdür. Deyə bilərik ki, hakimiyyətdə bu cür vəzifə tutanlara, aşağı dəyərdə rüşvət almaq ittihamı ilə iş açmaq gülüncdür. Yəqin bu işi araşdıran müstəntiqlər sıfırların bir neçəsini yaddan çıxarıblar.
Bu gün Səlim Müslümovun həbsi rüşvətdən çox sifariş xarakteri daşımaqdadır. Əgər rüşvətə görə Azərbaycanda kimsə həbs edilirsə, de- mək olar ki, İlham Əliyev rejiminin məmurlarının 99.9 faizi məsuliyyətə cəlb edilməlidir.

Araşdırmamız bunu göstərir ki, sabiq nazir İlham Əliyev rejiminin planlarına zidd hərəkət etdiyi üçün həbs edilmişdir.

Sadə siyasi araşdırmanı sizinlə təhlil etmək istərdik.
Bu gün Səlim Müslümovun yerinə təyin olunan Sahil Babayevdən demək olar ki, xalqımız narazıdır. O, bu vəzifəyə gəldiyi gündən vətəndaşların aylıq dövlət müavinətlərini ləğv edir və yaxud azaldır. Üstəlik də Qazilərimizə qarşı bu tendensiyanı davam etdirir.
Düzünü desək, Səlim Müslümovun zamanında bu narazılıqlar çox az idi və demək olar, vətəndaşlar öz pensiyalarını, əlillik müavinətlərini problemsiz sübut edərək alırdılar. İndi isə Sahil Babayevin yaratdığı komissiyadan xalqımız düzgün dərəcə əlilliyini ala bilmir.
Demək olar ki, hər gün əlillərin, pensiya yaşına çatan vətəndaşların etirazının şahidi oluruq. Hər gün insanlar Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz edirlər.

Bəs səbəb nədir?
Bilirik ki, İlham Əliyev rejimi vətəndaşların gəlirlərini azaltmaq və aşağı səviyyədə saxlamaq siyasəti yürütməkdədir. Qarnı ac qullarına yalnız bir qarın yeməyi tapmaq siyasəti aparır.
Bu səbəbdən də, Səlim Müslümovu həbs edərək yerinə Sahil Babayevi gətirdik ki, yaşlı və əlil təbəqənin də gəlirləri azaldılsın. İlham Əliyev bu yolla vətəndaşları möhtac, əsir, qul kimi saxlamaqla öz diktaturasının ömrünü uzadır.
Əminliklə deyə bilərik ki, Səlim Müslümovun həbsi sifarişdir və xalqı daha da boğmağa yönəlmişdir. Bu gün rüşvətxor, korrupsioner, oğru hakimiyyətin kimi isə bu işdə günahlandırması absurddur!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın