Səlcuq Bayraqdar: “Azərbaycanda yeni süni intellekt dövrü başlayır”

 

Hörmətli oxucular, Türkiyənin qəhrəmanı sayılan “Bayraktar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycanda səfərdədir. O, Bakıda olarkən çox mühüm açıqlama ilə yadda qalmışdır.

Səlcuq Bayraqdar gələcəkdə “Akıncı və Bayraktar” Pilotsuz Uçuş Aparatlarının Azərbaycanla birgə istehsal edə biləcəklərini söyləmişdir. Bu iki qardaş ölkənin dünya hərb tarixində böyük çəkiyə sahib olacağından xəbər verməkdədir.

Səlcuq Bayraqdar daha bir önəmli açıqlama verərək qeyd edib ki, əsas hədəfimiz PUA-larda yeni “süni intilekt” sistemlərinin yaradılması nəzərdə tutulur.

Nəzərə alsaq ki, dünyanın inkişaf etmiş ölkələrində “süni intilekt” sistemləri önəmli yer tutur. Aldığımız xəbərə görə, hətta bəzi dövlət idarəçiliyində bu proqramlardan səmərəli istifadə edirlər.

Azərbaycan və Türkiyə birlikdə bu “süni intellekt” proqramların inkişaf etdirsə, nəinki hərbi sıçrayış, hətta iqtisadi, siyasi, ekonomik inkişafı sürətləndirə bilər. Bununla da Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edə bilər.

Beləliklə, Səlcuq Bayraqdarın bu sahədə Azərbaycanla birlikdə hərəkət etməsi alqışlanmalıdır.
Qeyd edək ki, “süni intellekt” və “kvant” gələcəyin ən vacib nəzəriyyələrindən biri sayılır. Türkiyənin köməyi ilə, Azərbaycanın bu sahəyə keçməsi tarixi hadisədir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın