Səfirlik və diplomatlara ayrılan milyonlar hara xərclənir?

 

2022 – ci ilin dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün ayrılan pul vəsaiti məlum olmuşdur. Gələn il, səfirliklər və diplomatlar, xarici tədbirlərin keçirilməsi üçün 361.900.000 manat pul ayrılmışdır. Nəzərə alsaq ki, Azərbaycanın 76 ölkədə səfirlik və konsulluqları vardır. Hər səfirliyə isə təxminən 4.5 milyon manat illik vəsait düşür. Səfirliklərin böyüklük və kiçikliyini nəzərə alsaq, illik 500 min manatdan 1.5 milyon manata qədər vəsaiti əlavə çıxar kimi qeydə ala bilərik.

Bəs yerdə qalan 3 milyon manat hara gedir?
Dövlət büdcəsində nəzərdə tutulan tədbirlər dedikdə nə nəzərdə tutulur? Azərbaycanın vacib bayramları, Heydər Əliyevin anadan olduğu və rəhmətə getdiyi gün və s. Araşdırmalarım bunu göstərir ki, bu tədbirlərin 90 faizi səfirlik binasında və yaxud da kirayə tutulan yerlərdə keçirilməkdədir. Belə tədbirlərin Avropada keçirilməsi isə qəpik-quruşa başa gəlməkdədir.
Azərbaycan hər il külli miqdarda pulu diaspora, səfirliklər, diplomatlara ayırsa da, heç bir nəticəsi olmamışdır.
Məsələ burasındadır ki, səfirliklərin işləri diplomatik işlərlə deyil, korrupsiya ilə məşğul olmaqdır. Və yaxud da bir sıra səfirlik nümayəndələri, müəyyən pul qarşılığında bəzi xarici diplomat və siyasətçiləri ələ alır, onlarları reklam etməklə büdcədən külli miqdarda pul mənimsəyir. Bu gün Azərbaycanın səfirləri və diplomatik nümayəndələrini yalnız pul maraqlandırır.

Əbəs yerə biz 30 ilə yaxındır ki, bu siyasətdə Ermənistana uduzuruq. Səbəb çox sadə idi; səfirliklərdə olan korrupsiya!.
Kimsə deyə bilər ki, 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan diplomatiyası və diasporası erməniləri məğlub etdi. Bu çox yanlış qərardır. Müharibə zamanı biz Türkiyə diplomatiyası və diasporuna minnətdarlığımızı bildirməliyik.
Uzun – uzadı danışmaq istəməzdim, hər şey göz qabağındadır. Ən azından xaricdə yaşayan azərbaycanlılar səfirliklərin, diasporların necə və nəyin naminə çalışdığını bilir. Bu, İlham Əliyev xarici siyasətinin bir hissəsidir ki, özü təyin etdiyi diplomatları maraqlandıran yalnız korrupsiyadır!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın