Səfir: Niderland Parlamentinin qərarı, XİN-nin mövqeyini əks etdirmir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev , Nederland Krallığının ölkəmizə təyin olunmuş yeni səfiri Paulin Eizemanı qəbul etmişdir. Görüş zamanı Azərbaycan prezidenti xanım Paulinin nəzərinə Nederland Parlamentinin ( Tweede kamer) qəbul etdiyi qərəzli qərarını çatdırmış və bunun gələcəkdə hər iki dövlət arasında olan münasibətlərə xələl gətirəcəyini bildirmişdir. Öz növbəsində səfir bu qərarın Nederlandın (XİN ) xarici siyasətinə bir təsiri olmadığını bildirmişdir. İlham Əliyev demişdir ki, Nederland Parlamenti bu qərarı verməzdən əvvəl ,BMT ,Avropa İttifaqi və.s Beynəlxalq Təşkilatların Azərbaycanın Dağlıq Qarabağa dair çıxartdığı qərarları nəzərə almalı idi. Səfir Paulin bildirmişdir ki, bu qərarla bağlı yenidən XİN-ə etiraz məktubu göndəriləcəkdir. Nederland Parlameniti ,tarixi torpaqlarımızı azad etdiyimiz bir vaxtda səbəbsiz yerə Azərbaycan və Türkiyə əleyhinə sanksiya qərarı vermişdir. Bunun səbəbi isə erməni diasporunun Nederland mətbuatina və parlamentinə yalan məlumat vermələridir ,yəqin ki. Azərbaycan diasporası da nə vaxtsa öz “məharətini “göstərər.

Mikayıl Əsədov.

 

Bunu paylaş: