Səfir Elmira Axundova niyə vaxtında vətəndaşlarımızı təxliyyə etmədi?

Bildiyiniz kimi, Ukraynada rəsmi və qeyri-rəsmi bir milyondan çox azərbaycanlı yaşamaqdadır. Müharibə başlayan gündən kimi öz hesabına, kimi də başqa dövlətlərin hesabına ölkəni tərk etmiş oldu. Çox təəssüf ki, hələ də döyüş bölgələrində Azərbaycan vətəndaşları qalmaqdadır.

Son bir həftədə 5 nəfər həmvətənimiz döyüşlər zamanı rus qoşunlarının açdığı atəşə tuş gələrək həlak olmuş, 7 nəfər isə yaralanmışdır. Bəzi yerlərdə vəziyyət həqiqətən də çox ağırdır, sığınacaqlarda gizlənən əhalinin başlarını qaldırmağa belə imkan verilmir.

Çox təəssüf ki, Azərbaycanın Ukraynadakı səfirliyinin bizim xalqa qarşı biganəliyi burada görünməkdədir. Digər ölkələrin səfirləri əhalisini təhlükəsiz təxliyyə etmək üçün avtomobillər, avtobuslar təşkil etdiyi bir vaxtda, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə, qaynar telefon xətti açaraq “telefonçu qız” rolunu oynayır.
Hər dəfə bahalı avtomobillərlə gündəmə gələn Elmira Axundova, vətəndaşlarımızı təxliyyə etmək üçün bir dənə də olsun minik avtobusu təşkil etməmişdir.

Hörmətli Azərbaycan xalqı, Ukraynadakı səfirliyin yaydığı yardım məlumatı budur: “Hörmətli vətəndaşlar, hər kəs Moldova sərhəddinə gəlsin və ordan içəri keçsin”. Fikir verin, vətəndaşlarımız döyüş bölgələrini keçməli və sərhəddə gəlməlidir. Hakimiyyəti maraqlandırmır ki, bu insanlar sərhəddə kimi necə gəlsin?.

Bu gün ölən və yaralanan tələbələrin, vətəndaşlarımızın günahı birbaşa İlham Əliyevin hakimiyyətinin üzərinə düşür. Çünki Azərbaycan vətəndaşları müharibədən bir həftə əvvəl təxliyyə edilməli idi.

Ukraynanın digər bölgələrindən aldığımız xəbərə görə oradakı vətəndaşlarımız özləri, öz başlarının çarəsinə baxmaqdadırlar. Şəhərdə olanlar sosial şəbəkələr vasitəsilə bir- biriləri ilə əlaqə quraraq özlərinə qarşılıqlı köməklik edirlər.
Çox utancveriçi haldır ki, bütün ölkələr öz vətəndaşlarını təxliyyə etdiyi bir zaman Azərbaycan hakimiyyəti və səfiri dərin yuxuya getməkdə idi. Bir sözlə, necə deyərlər, görünür, Elmira Axundovanı vətəndaşlarımızın həyatı deyil, öz bahalı maşınları maraqlandırır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın