Səfər Mehdiyev qara qüvvələr deyir…

Son vaxtlar Gömrük Komitəsində baş verən həbslər Səfər Mehdiyevi narahat etməyə başlamışdır. Məsələ ilə bağlı içlas keçirdən komitə sədri qeyd edib ki, onlara qarşı bəzi qüvvələr səfərbər olaraq, gömrük işçilərinə qarşı oyun qurmaqdadırlar. Daha sonra bildirib ki, həbs olunan general-mayor Ehtiram Xəlilov və digərləri azad ediləcəklər.

Bu gün aldığımız məlumata görə isə, Səfər Mehdiyev dövlət büdcəsinə 2 milyard 530.79 milyon vəsait köçürmüş və bunun nəzərdə tutulduğundan 463.39 milyon manat çox olduğunu bildirmişdir. Görünür, sədr yaman qorxuya düşüb və dərhal artıqlaması ilə “qara kassaya” pul köçürmüşdür.

İndi isə qayıdaq Səfər Mehdiyevin iclas zamanı dediyi sözlərə. Düzdür, hakimiyyət daxilində mafialar oyun oynamaqdadır. Yəqin sədr bunu nəzərdə tutmaqdadır. Bunun isə, qara xalqa heç bir aidiyyəti yoxdur.
Bizə maraqlı tərəf isə, gömrükdə baş verən proseslərdir.

Bilirik ki, Azərbaycanın Gömrük Komitəsi adam soymaqla məşğuldur. Bir tərəfdən monopoliya, digər tərəfdən isə, özlərindən uydurma gömrük qiymətləri əhali arasında hər zaman etiraza səbəb olmuşdur.

Səfər Mehdiyev də bilməli idi ki, illərdir ona qarşı qüvvələrə xidmət edəndə bir gün o da hədəfə çevriləcəkdir. Bu gün GK – dəki vəziyyət onu göstərir ki, hakimiyyətdə klanlar arasında gərgin mübarizə başlayıb. Hansısa qara qüvvə (klan) bu sahəni ələ keçirmək istəyir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın