Səbail rayon məhkəməsi 36 nəfəri azadlığa buraxdı

Dünən Səbail rayon məhkəməsi bir neçə ay bundan əvvəl Qarabağ yürüşləri zamani həbs edilən məhkumların 36 nəfərini azadlığa buraxmışdır. Azadlığa buraxılan məhbusların 21 nəfərinin isə qəti imkan həbs qərarı dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilmişdir. Azadlığa çıxanlar arasında AXC, ADR , Musəlman Birliyi Hərəkatının və.s üzvləri də olmuşdur. Xatırladaq ki, işğalçı Ermənistanin Tovuza hücumu nəticəsində və Generalımız Polad Həşimovun şəhid olması nəticəsində Azərbaycan xalqı meydanlara axışaraq Qarabağ yürüşü keçirtmişdir və nəticədə 200 nəfərə yaxın insan həbs edilmişdir. İnanırıq ki, yaxın bir vaxta bütün siyasi məhbuslar azadlığa çıxacaq və onların içində Elvin İsayev ,Siyavuş Mustafayev və Azər Məmmədov da yer alacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: