S.Şayqunun Bakı səfərinin cavabını Hulusi Akar verdi

Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şayqu Azərbaycanda rəsmi səfərdədir. Şayqunu Azərbaycan Prezidenti İlham Əliyev qəbul etmişdir. Görüş zamanı iki tərəfli əlaqələr və Dağlıq Qarabağ məsələsi müzakirə edilmişdir. Rusiya MN-nin Azərbaycana Ermənistandan gəlməsi və bu görüş zamanı Türkiyə MN -i Hulusi Akarın ölkəmizə tam dəstəklə çıxış etməsi təsadüfi deyildir. Səfərin məqsədi  bir müddət əvvəl Rusiya nümayəndələrinin Qarabağdaki sülhməramlı missiyalarının detallarının müzakirə etmələr olmuşdur. Xatırladaq ki, Rusiya nümayənde heyətinin bir müddət əvvəl Qarabağ müzakirələri üçün Türkiyəyə səfər etmişlər və həmin vaxtdan Qarabağa dair bəzi məsələlər yarımçıq qalmışdır.Bu görüş zamanı  Rusiya tərəfi bəzi şərtləri Türkiyə ilə razılaşdırmaq üçün, İlham Əliyevdən xahiş etməsi də ola bilər. İlham Əliyev və S. Şayqunun görüşü zamanı, Türkiyə MN açıqlama verərək  hər zaman Azərbaycana destəyini bildirmişdir. Türkiyə MN -i  açıq şəkildə Rusiyaya bildirmişdir ki, xüsusi ordumuz artıq hazırdır və qısa bir vaxtda Qarabağa gələcəkdir. Bu açıqlama ruslara verilən bir siyasi anlaşmadır ki, cavabımız qətidir! Rusiya artıq Qarabağda sıxışdırıldığını anlayır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: