“Sülh” göyərçini

 

Zaxarova yenə öz ampulasındadır. Aşkar yalan danışır. Rusiya “sülhməramlıları” sülh yaratmaqdan başqa hər cürə qanunsuz əməllərlə məşğul olur, azərbaycanlılarla ermənilərin bir qonşu xalq kimi barışmamaları üçün əllərindən gələn hər şeyi edir, xəstə, faşist düşüncəli erməniləri süni revanşizmə həvəsləndirir, ermənilərin az qala dallarını yumaları üçün aftava əllərində yanlarında durub onları özlərinə inandırmağa çalışır, onları qanunsuz yollarla silahlandırır, düşmənçilik hisslərini körükləyirlər. Bundan başqa Rusiya 10 noyabr bəyanatının bəndlərinə də əməl etməmişdir. Həmin bəyanata görə məcburi qaçqınlar öz dədə-baba yurdlarına BMT-nin qaçqınlar üzrə Komissarlığının iştirakı ilə qaytarılmalıydılar.

Ancaq şovinist, antiinsani mövqe sərgiləyən Rusiyanı bu maraqlandırmır, öz marağını hər şeydən öndə tutur. Həmçinin o bəyannaməyə görə Ermənistanın qoşun hissələri Yuxarı Qarabağdan çıxarılmalıydılar. Ancaq Rusiya bu öhdəliyinə də əməl etmədi. Ermənistan qoşunları əslində Yuxarı Qarabağda terrorçu, əsassız qoşun hissələri kimi qalmaqdadırlar və Azərbaycan ordusu istənilən an onları zərərsizləşdirə bilər. Ümumiyyətlə Rusiya Yuxarı Qarabağa sülh yaratmaq üçün yox, Qafqazlarda öz təsirini daha da artırmaq üçün gəlib. Bunu Rusiya mətbuatı, manyak Putinin dilmancları da açıq deyirlər. Şovinist, mərhəmətsiz, ac Rusiyadan “sülh” göyərçini olmaz…

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın