Sözüm millət vəkilləri olan hüquqşünaslaradır

 

Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa sonuncu dəfə edilmış və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Qanunla dövlət rüsumlarının məbləği 10 dəfədən 100 dəfəyə qədər məbləğdə artırılıb. Bu, sadəcə olaraq talançılıq, soyğunçuluq, xalqı ələsalma, xalqa həqarət nümunəsidir. Bu o deməkdir ki, ay millət sən yerində öl, səsini çıxarma, məhkəməyə müraciət etmə, pozulmuş hüquqlarının müdafiəsinə belə, cəhd etmə. Millət məhkəməyə getməyə yol pulu, vəkillə müqavilə bağlamağa pul tapmır, bu yandan da, dövlət parazit kimi daraşıb bu millətin qanını sorur.

Bu qanunu qəbul edən Milli Məclisi görəsən xalq seçib, yaxud seçki komissiyalarının tumanı altından çıxıb. Bir nəfər deputat irəli çıxıb bu xalqa izah etsin görək bu tariflərin birdən-birə bu qədər astranomik dərəcədə qaldırılması hansı zərurətdən irəli gəldi? Millətin gəlirləri birdən-birə bu qədər artdımı ki, dövlət də, artan gəlirlərə müvafiq rüsumları artırmaq qərarına gəldi? Vergidir, rüsumdur, artırılırsa, bu 10 faiz, 20 faiz artırılar. Daha 10 dəfə 100 dəfə yox !
Ay millət vəkilləri olan hüquqşünaslar, bilirik, oraya yığılan məxluqun qanunlardan, məntiqdən, qanun və ədalət prinsiplərindən xəbərləri yoxdur. Bəs sizə nə olub? Bu xalqa qənim kəsilənlərin quyruğuna qoşulmusunuz?

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın