Rusofil hakimiyyət

 


Ən müdhiş və mənhus üsullarla öz hakimiyyətlərini hifz etmək üçün rusların Azərbaycana yenidən soxulmasına imkan verən kollaborasionist qüvvələr bu işğalın adını siyasət qoyublar. Nə Qarabağ məsələsinin həlli, nə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyimizin, habelə milli maraqlarımızın qorunması kastaçıların zərrə qədər də olsa planlarına daxil deyil. Rus qoşunlarının Azərbaycanın mərkəzində yerləşdirilməsi hazırkı iqtidarın siyasi hakimiyyətini zor gücünə qoruması üçün əlavə güc mənbəyidir. Rusofil hakimiyyətin öz statusunu saxlamaq üçün atacağı addımlarda şərəf və ləyaqət anlayışlarının yer ala biləcəyi haqqında düşünmək sadəlövlük və avamlığın təzahürüdür…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın