Ruslar və ermənilər Xankəndində qondarma “Müstəqillik Günü” keçirir, Azərbaycan isə, müşahidəçi qismindədir

 

Bu gün Azərbaycanın qədim torpağı olan Xankəndində qondarma “Müstəqillik Günü” keçiriləçəkdir. Maraqlısı budur ki, bayramı qeyd edən ermənilər və ruslardır. Həmin tədbirdə iştirak etmək üçün isə Ermənistan rəsmiləri səfər edəcəklər. Azərbaycan hakimiyyəti isə həmin tədbirə seyredici kimi dəvət edilmişdir. İlham Əliyev siyasəti nəticəsində bilmirik ki, biz torpaqlarımızı azad etmişik, yoxsa yox.

Məyus edicidir ki, ölkəmizdə bəzi hakimiyyətin yaltaq məmurları və mətbuat orqanları bu təxribatı işıqlandıraraq, başqa istiqamətə yönəltmək istəyir. Hakimiyyətin adamları — Ermənistandan rəsmi qonaq gəlmədi kimi kəlmələr işlədərək, xalqı aldatmağa calışırlar.

O yaltaq və xainlərə cavab vermək istərdik. Kimin hardan gəlib gəlmədiyi bizə maraqlı deyildir. Əsas odur ki, ermənilər Xankəndinmizin müstəqillik gününü qeyd edir. İlham Əliyevdən dəfələrlə çıxışı zamanı :”Qarabağı azad etdik “kəlmələrini eşitmişdik. Reallıq isə sözlə yox, gözlə ölçülməkdədir. Bu cür ,təxribatlara şərait yaradan isə İlham Əliyevin şəxsən özüdür. Zamanında 10 noyabr bəyanatına düzgün əməl etsəydi, bugünkü gün həmin ərazilərdə Azərbaycan əsgəri dayanardı. . Görünür, Azərbaycan tərəfi rus və erməni qoşunlarının olduğu böıgəmizə nəzarət edə bilmir. Bu gün İlham Əliyev xalq qarşısına çıxıb cavab verməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın