Ruslar ermənilərə niyə hücum edir?

Son zamanlar Rusiyanın elm adamları, siyasətçiləri ermənilərə qarşı yeni bir kompaniyaya start vermişlər. Guya ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarında rusların heç bir rolu olmamışdır. Kremlin sifarişi ilə ruslar özlərini bu münaqişədə mələk kimi göstərmək istəyirlər. Məsələ burasındadır ki, illərdir ermənilərə saxta tarix yazıb beyinlərini robotlaşdıran və miflərə uyduran məhz ruslar özləri olmuşlar.On səkkizinci yüzillikdə Osmanlı ilə Çar Rusiyası arasında baş vermiş müharibə zamanından bu vaxta kimi ruslar erməniləri anti-türk psixologiyasi ilə böyütmüşlər. Tarix boyu davam edən bu anti-türk ideologiyası sonda ermənilərin öz başlarında çatladı.


Bəzi rus televiziya kanallarında siyasətçilərin ermənilərə qarşı təzyiqlər etməsi, bizləri düşündürməyə bilməz, çünki birinci Qarabağ müharibəsi zamanı Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmişdir.İndi Azərbaycan və Türkiyənin gücünü görən Kreml ,işlənmiş əşya kimi erməniləri qabağa verdi. Bu xarakter şimal qonşularımızın genetik bir xasiyyətidir. Öz mənfəətlərinə görə hər şeyi qurban verirlər. Bu oyunlara isə Azərbaycan xalqı qəti aldanmamalıdır . Bəlkə də Ermənistan bu vəziyyətdən bir nəticə çıxaracaq və ermənilərin ruslara nə səbəbdən lazım olduqlarını anlayacaqlar; Erməni xalqının gələcəyi Rusiya və Qərbdən yox, məhz qonşularla mehriban əlaqə qurmaqlarından keçir.

Mikayıl Əsədov.

Bunu paylaş: