Rusiyanın Azərbaycana hücum planı.

Hakimiyyətin Rusiya sevgisi.
Çox keçmişə getmək istəmirəm, sadəcə SSSR-nin dağılmasından danışmaq istərdim.
Qarabağın işğalı rus-erməni, Xocalı soyqırımı rus-erməni, 20 yanvar hadisələri Rusiyanın əli ilə baş vermiş ,yəni Kreml tarix boyu Azərbaycana xəyanət etmişdir. Azərbaycan hakimiyyəti isə Kremlin iradəsini yerinə yetirərək Azərbaycanda ruslaşdırma siyasəti aparmışdır. Sadə bir fikrim barədə danışmaq istərdim: mən, Əsədov Mikayıl bu barədə illərdir söyləyirəm və etirazlarımı da hər zaman bildirmişəm. Söhbət Rusiyanın Azərbaycana hücum planının Türkiyəmiz tərəfindən pozulmasından gedir. Mənim araşdırmalarıma görə, artıq illərdir ki, rus məktəblərinin Azərbaycanın şimal bölgəsində Quba- Xaçmaz, Car-Balakən, Şəki, Goranboy və. Gəncədə sayı getdikcə artmaqdadır. Xatırladaq ki, bizlərin tarix və coğrafiya dərsliklərində çox təəssüf ki, Azərbaycanın şimalı çoxmillətli kimi qeyd olunmuşdur. Bundan istifadə edən düşmən öz məkrli siyasətini hakimiyyətin əli ilə səssiz icra edir. Çünki o bölgənin insanlarının 70 faizi Rusiyanın bir çox şəhərlərində işləyir və yaşayırlar, ən əsası Rusiya vətəndaşıdırlar. Bu məsələdə isə rusların aranı qatmaları eyni Krım, Donetsk, Dombas formatını Azərbaycanın şimalına gətirmələri bu planın bir hissəsidir. Son vaxtlar rus ordusunun Soçidən, Xəzər donanmasına kimi ordusu 40 mindən 150 minə kimi çoxalmışdır. Bu isə bir gün, hər zaman olduğu kimi ,rusların yenidən Azərbaycana xəyanət edərək, şimal bölgəmizə Rusiya pasportları paylayaraq, güya ki, öz vətəndaşlarını qorumaq bəhanəsi ilə Azərbaycanı işğal etməsinə gətirib çıxara bilər.
Xatırladım ki, çox sevinclə qürurla Türk ordusunun Azərbaycana gəlməsi ilə, rusların bu planının heç vaxt baş tutmayacağına inanıram.
Yaşasın Türk ordusu, yaşasın Türkiyə!

İmza;Mikayıl Əsədov.

Bunu paylaş: