Rusiyanın Ukraynadan sonra hədəfi Finlandiya ola bilər

Ukraynadan Rusiya ordusunun bəzi bölgələrdə atəşi dayandırdığının xəbərlərini almaqdayıq. Əsasən də, paytaxt Kiyev yaxınlığında sakitçilik hökm sürməkdədir. Çoxları bunu Türkiyədəki son görüşlə əlaqələndirməkdədir. Bəziləri razılığın çox hissəsinin əldə olunduğunu bildirir. Bu səbəbdən yaxın vaxtda sülh danışığı baş tutacağına ümid edilir.
Lakin bu sözləri deyənlər ola bilsin ki, işğalçı Rusiyanı yaxından tanımır.

Fikrimizcə, Putinin əsl məqsədi başqa ola bilər..
Aldığımız xəbərə görə Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens Stoltenberqlə ölkəsinin Alyansa qəbul edilməsini müzakirə ediblər. Fin prezidenti öz çıxışında ölkəsinin təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmağın vacibliyini qeyd etmişdir. Son vaxtlar dünyada baş verən münaqişələri misal göstərərək, üstübağlı Rusiyaya söz atmışdır.
Bildiyiniz kimi, Rusiya bir neçə gün bundan əvvəl, Finlandiya, İsveç, Moldova, Gürcüstan və Bosniyanı tənqid etmişdir. Kreml rəhbərliyi qeyd etmişdir ki, əgər bu ölkələr NATO-ya üzv olarsa, ölkələri Ukraynadan pis cəhənnəmə dönəcəkdir.

Bu gün Rusiya Ukraynada özünü sakit aparmaqla, Finlandiyanı hədəfləyə bilər. Ağ ayı şimaldan Vikinqləri diqqətlə izləməkdədir. Hər hansı hərəkət Rusiyanın Şimali Avropaya hüçumu ilə nəticələnə bilər. Finlandiya isə, ruslara 1939-1940 – cı illərin”Qış müharibəsi” ni yenidən xatırlatmaq istəyir. Hər halda, Putin öz işğalçı niyyətini genişləndirmək fikrindədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın