Rusiyanın Ukrayna məsələsində artıq müəyyən tərəddüdlər hiss olunmaqdadır

 

Ukrayna Rusiya irticasına qarşı beynəlxalq səviyyədə hərbi-siyasi çabalarını davam etdirməkdədir.

Bu dəfə Ukrayna Almaniyaya siyahı göndərib. Siyahıda məhz hansı hərbi köməkliklərin göstərilməli olduğu qeyd edilib.
Bir qədər əvvəl Almaniya kansleri Olaf Şolts və Xairci İşlər naziri Annalina Berbok bildirmişdilər ki, Ukraynaya silah tədarükü yolverilməzdir.
Rəsmi Kiyev istəyir ki, Almaniya Ukraynaya hərbi gəmilər və müasir hava hücumundan müdafiə sistemlərini tədarük etsin.
“Silah tədarükü məsələsi Almaniya Federativ Respublikası ilə münasibətlərin prioritet mövzusu olaraq qalmaqdadır”. Bunu yanvar ayında Ukraynanın Berlindəki səfiri Aleksandr Melnik bəyan edib.
Bu gün dünyanın fövqəldövlətlər tərəfindən yenidən təsir dairəsinə bölüşdürülməsi meyilləri və burada Rusiya və Çinin dominyonluğu sezilməkdədir. Almanlar isə burada axmaqlıqlarından iştirak edirlər.
Bu fikri polşalı ekspert Tomaş Sakeviç Vladimir Putin və Si Tsinpinin “beynəlxalq münasibətlərin yeni dövrü” barədə bu günkü birgə bəyanatı ilə bağlı irəli sürüb.
Rusiyanın Ukraynaya soxulmaq qorxusu barədə geniş yayılmış fikirləri bir kənara qoyaraq polşalı publisist qeyd edib ki, Ukrayna Putin siyasətinin nə ən mühüm, nə də yeganəməqsədi deyil: “Bu dünyada təsir dairəsinin yenidən bölüşdürülməsinə doğru addımlardır ki, orada Rusiya və Çin dominantlıq edir. Almanlar burada axmaqlıq və postimperiya küskünlüyü üzündən iştirak edirlər. Son nəticədə onlar bundan heç nə əldə etməyəcəklər. Amma bunu anlayanda çox gec olacaq”.
İnformasiya şəbəkələri məlumat verir ki, bu arada ABŞ-dan 86 ton döyüş sursatı olan səkkizinci hərbi təyyarə Ukraynaya uçub. Məlumat Ukraynanın Müdafiə naziri Aleksey Reznikova istinadən verilib.

Həmçinin qeyd olunub ki, yanvarın 22-dən etibarən ABŞ-dan Ukraynaya 650 tondan çox müdafiə texnikası göndərilib.
NATO Ukraynaya birbaşa dəstək verməsə də, alyansa üzv olan bəzi dövlətlər Kiyevə hərbi yardımı edir.
Onların arasında ABŞ-dan əlavə İngiltərə, Kanada, Polşa da var.
Rusiyanın Ukrayna məsələsində qəti və zahirən inadcıl görünən möqveyində artıq müəyyən tərəddüdlər hiss olunmaqdadır.
Ukraynaya beynəlxalq hərbi-diplomatik yardımların masştabı artdıqca bu mövqe daha çox özünü biruzə verir.
İlan ulduz görməsə ölməz.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın