Rusiyanın “sülhməramlı” işğalçılıq siyasəti

Hörmətli oxucular bildiyiniz kimi Noyabr ayının 10-da 44 gün davam edən Qarabağ müharibəsi üçtərəfli bağlanan sazişə əsasən dayandırıldı və saziş imzalanandan dərhal sonra Rusiya 2000 nəfərlik hərbi kontingentini “sülhməramlı” adı ilə 5-il müddətinə Azərbaycana göndərdi.

Bildiyiniz kimi Rusiya sülhməramlılarını digər ölkə ərazilərinə göndərərək həmin ölkələri qeyri rəsmi işğal etmək təcrübəsini özündə cəmləşdirir. Göndərdiyi ordular isə bu günə qədər bir çox ölkələrin ərazilərinə girmiş və çıxmamaqdadır.

Rusiyanın dırnaqarası sülhməramlıları ilə bağlı ən əsas problem isə onların sonradan girdikləri ərazidən çıxarılması ilə bağlı yaşanır.

Bunlara misal olaraq Gürcistanı, Moldovanı və sonda Ukraynanı göstərmək olar. Rusiya öz ordusunu sülhməramlı adı ilə göndərməklə bilavasitə regionda söz sahibi olmaqla yanaşı regionu nəzarət altında saxlayacağını və hegemon dövlət olduğunu Qərbə və girdiyi ölkəyə göstərməkdir.

Rusiya ordusunun “sülhməramlıları”-nın ən acı və təhlükəli tərəfi isə girdiyi ərazilərdə qanunsuz olaraq əhaliyə rus pasportlarının paylanılmasıdır. Rus pasportu alan əhalinin isə artıq özlərini Rusiya vətəndaşı kimi təqdim etməsinə şərait yaradır. Bütün bu qanunsuzluqlara baxmayaraq Rusiya bu yolla bilavasitə girdiyi ölkədə nəzarətini dahada gücləndirir.

Rusiyanın bütün bu qanunsuzluqlarını və girdiyi ölkədən heç zaman çıxmayacağını bilən ölkə başçısı İlham Əliyev niyə belə bir riskli, qanlı sazişə imza ataraq Rus ordusunun ölkə ərazisinə girməsinə razılaşdı? İlham Əliyev belə bir sazişlə razılaşaraq bir daha Azərbaycan xalqını xainliklə Rusiyaya, daha doğrusu Putinə satdığını təsdiq etdi! İlham Əliyev belə bir sazişlə rəsmi olaraa rus işğalının Azərbaycanda təməlini qoymuş oldu…

Əziz Əzizli

Bunu paylaş: