Rusiyanın Qarabağda qaz müharibəsi

Tovuz hadisələri ilə başlayan axırıncı Qarabağ müharibəsinin daha bir səbəbi aşkar olundu. Məlumdur ki, Amerikanın və Avropanın Rusiyanı iqtisadi cəhətdən çökdürmək planı var. Bu plan Rusiyanın Krımı ilhaq etməsindən sonra başladı. Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq olundu. Bu planın başqa bir tərəfi Rusiyanın Avropa neft- qaz bazarından sıxışdırılıb çıxarılmasıdır. Keçən il hətta bu, neftin süni surətdə dünya bazarında sıfırdan aşağıya qədər salınmasına səbəb oldu. Məlumdur ki, Rusiyanın neft kəmərləri Ukrayna ərazisindən keçir, Rusiya həmin kəmər vasitəsilə həm Ukraynanı, həm də Avropanı şantaj edir. Beləliklə, qərb ilə Rusiya arasında qaz müharibəsi başladı. Qərb Rusiyadan asılı olmayan qaz mənbələri, Rusiya isə Ukraynadan keçməyən başqa yollar axtarmağa başladı. Beləliklə, Rusiya ilə Türkiyə arasında Qara dənizdən keçən ,,Türk axını” qaz kəməri ideyası meydana gəldi. Bu kəməri çəkmək üçün Rusiya 7 milyard dollardan çox pul xərclədi. Avropanın alternativ qaz mənbələrindən biri də Azərbaycandır. Axır vaxtlar Azərbaycan Rusiyanı Türkiyənin qaz bazarından sıxışdırıb çıxarmışdır. Beləliklə, Azərbaycan qazı həm Rusiyanın ,,Türk axını” kəmərinin tam gücü ilə işləməsinə mane olur, həm də qazın qiymətinin aşağı düşməsinə səbəb olur. Öz aramızdır, Liviyadakı müharibənin də Rusiya tərəfindən alovlanmasının əsas səbəbi Liviyanı qaz bazarında sıxışdırmaqdır. Beləliklə, Rusiyanın Qarabağ müharibəsin alovlandırmasının daha bir səbəbi məlum oldu.

Ş. Şirvanlı

Bunu paylaş: